Neftçalata odlu silahla qətl törədən 4 nəfər həbs olunub

img

21-07-2010 [02:13]


Neftçalada qətl törətməkdə şübhəli bilinən şəxslər həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin Baş Cinayət-Axtarış İdarəsi və Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətldə şübhəli bilinən 2-ci Mayak kənd sakinləri Seymur Hüseynov, Emil Hüseynov, onun qardaşı Etibar və Kürkənd kənd sakini Zülfüqar Soltanov tutularaq istintaq şöbəsinə təhvil veriliblər. E.Hüseynovdan 1 ədəd müvafiq sənədləri olmayan ?İJ-18 E? markalı ov tüfəngi götürülüb. Onlar iyunun 24-də İmaməddin Cəfərovu ov tüfəngindən atəş açaraq qətlə yetirməkdə şübhəli bilinirlər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA