"Ölkədən gedirəm, qayıdıb yolumu davam etdirmək üçün..."

img

09-07-2017 [22:40]


Əvəz Temirxan, 
ALP sədri

***

Son zamanlar KİV-lərdə rayon camaatını Bakıya rüşvətxorluq gətirməkdə ittiham edənlərin də, "...booooooyyyyy, bu nə danışır, Heydər Əliyev rayonda anadan olub, ona görə rayonda rüşvətverən və rüşvətalan olmaz" deyənlərin, xüsusən "deputatlar"ın, siyasilərin məntiqi UTANCVERİCİ və PRİMİTİVDİR...

Bu "müzakirə”nin mənə qiyabi aidiyyəti olduğundan bu yazını yazmaq qərarına gəldim.

Kənddə anadan olub, böyümüşəm, 1976 -cı ildə hüquq fakultəsinə daxil olmaq istəyirdim. Amma sənədlərimi qəbul etmədilər. Çünki bunun üçün 2 -illik staj tələb olunurdu.

Valideynlərimin narahat olmaması üçün sənədlərimi Gəncədə Kənd Təsrrüfatl İnstitutunun aqronomiya fakultəsinə verdim. İki imtahanı özüm verdim. Üçüncü imtahan fizikadan idi. Əgər 3 alsam, 4-cü imtahandan - Azərbaycan dili və ədəbiyyatı üzrə inşadan keçməyim problem deyildi. Yaxınlarım institutda əlaqəsi olan bir adamın köməylə 2 min əvəzində qiymət alacağım haqqında danışmağın vacib olduğunu dedikdə "əgər belə bir şey olarsa, imtahanda qəsdən susacağımı" dedim və söhbət qapandı. 

Sözsüz ki, sabah imtahanda 2 aldım və elə ordaca qərar verdim ki, Sovet ordusuna könüllü gedib, rus dilini öyrənəcəm, SSRİ-də ən nüfuzlu universitet olan M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakulıtəsinə daxil olacam. 

1977-ci ildə orduda xidmətə başlayanda rusca cümlə qurmağı bacarmadığım halda, qısa müddətdə rus dilini öyrəndim. Orduda Sergey Sandulov adlı bir rus balasının köməyi ilə MDU-ya məktub yazdım. 

Cavab gəldi ki, orta məktəbdə xarici dili öyrənmədiyindən bu universitetə sənədə verməyim, onun tələbəsi olmağım mümkün deyil. Ruhdan düşmədim, Sergeyin tərtib etdiyi məktubun girişində universietlərin adını dəyişib, Ermənistan və Gürcüstan istisna olmaqla hüquq fakültəsi olan "A”-dan "Я”- ya qədər daha 45 universitetə, hətta Yakutsk və Vladivostok universitetlərinə, bütün ali milis məktəblərinə eyni məzmunlu məktub yazdım. Hamısından cavab aldım. Qəribədir ki, birinci cavabı Altay, axırıncını isə Yaroslavl universitetlərindən aldım. Yaroslavlı seçdim.

Rusiya məktəb proqramı ilə imtahan verib, 3-cü cəhddən sonra - 1980-ci ildə hüquqa daxil oldum, oxudum, diplom işimi RÜŞVƏTXORLUĞA QARŞI MÜBARİZƏDƏN yazdım, yeni təkliflər verdim, 1985-də onu bitirdim. 

Azərbaycanda rüşvətxorluq tüğyan etdiyindən, sözsüz ki, Rusiyada prokurorluq orqanlarında müstəntiq işləməyə məcbur oldum. 

1991-ci ilin əvvəlində Azərbacanda prokurorluqda işləməyin mənasını görmədiyimdən, siyasətə gəlməyə qərara verdim, SSRİ baş prokuroru yanında xüsusi mühüm işlər üzrə müstəntiq (ədliyyə generalı) vəzifəsinə təyinatdan imtina edib, yerimə 2 azərbaycanlı müstəntiqi təyin etməyi təklif etdim.  Biri təklifi qəbul etdi, o biri yox. 

1991-ci ildə Lalə Şövkət xanımla QKÇP əleyhinə barrikadada tanış oldum, o dövlət katibi olarkən onun baş köməkçisi oldum, MİLYONLARLA dollar rüşvətdən, hətta qanuni 2 otaqlı mənzilimi almaqdan belə imtina etdim. Ölkədə 1 milyona yaxın qaçqın və köçkün çadırlarda, vaqonlarda yaşayarkən qanuni mənzilimi almağı ayıb bildim.

Lalə Şövkət xanım 1993-94-cü illərdə cücərən korrupsiyaya etiraz olaraq, dövlət katibi postundan istefa verəndə, onunla həmrəylik nümayiş etdirərək, ölkənin baş prokuroru olmaq perspektivindən də imtina edib, mən də istefa verdim. 

....Son 24 ildə 33-cü mənzildə kirayənişin kimi yaşayıram. Uzun illər işsiz qaldım, prokurorluqdakı işimdn 20 il sonra vəkil kimi fəaliyyət göstərmək üçün 2011-ci ildə hüquqdan testlə imtahan verib, keçsəm də, müxalifətdə olduğumdan məni vəkil olmağa da "layiq bilmədilər". 

2000-ci ildə proporisional qaydada və 2010-cu ildə isə majoritar qaydada Ziyad Səmədzadə ilə eyni dairədə deputat seçkilərində səs qazansam da, mandatlarımı başqa "DEPTAT"lara (2010-da Z.Səmədzadəyə)verdilər. 

 2012-ci ildən indiyə kimi fərdi hüquqi fəaliyyətilə məşğulam, MAĞARA TƏFƏKKÜRLÜ "şəhərli" və "rayonlu" PİTEKANTROPLARIN qurduğu "məhkəmə", "prokurorluq", "polis" və digər qurumlarda baş verən EY B Ə CƏ R L İ K L Ə R İ öz gözlərimlə görüb, bir daha İ Y R Ə N D İ M. 

Buna görə yaxın zamanlarda Azərabaycanı yenidən tərk etməyə məcburam: Amma həmişəlik yox, RUHDAN DÜŞMƏMİŞƏM, QAYIDIB, YOLUMU DAVAM ETDİRMƏK ÜÇÜN...

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR