12-06-2017 [17:38]
"Azəriqaz” İstehsalat Birliyində bir çox xidmət sahələrində vəzifəli şəxslərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatından Gununsesi.info-ya daxil olan məlumata görə, töhmətin əsas səbəblərindən biri həmin xidmət sahələrinin normadan artıq qaz qəbul etməsi olub.
"Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin redaksiyamıza daxil olan 18 may 2017-ci il tarixli, № SOCAR172900030300040020A00323 saylı Əmrində "qaz itkiləri” ilə bağlı ilginc məqamlar yer alır.
Həmin Əmrə nəzər yetirdikdə, tez-tez yaranan qaz fasilələrinin səbəbini müəyyən etmək çətin deyil. Sənəddən məlum olur ki, sahə rəisləri abonentlərin sayının artımı adı altında artıq qaz sərfiyyatı yazıb. Yoxlamalar zamanı isə abonentlərin sayının artmadığı üzə çıxıb. O zaman artıq qəbul edilən qaz hara yönəldilib? Təəssüf ki, bu sual açıq olaraq qalır. Ə.Hacıyev isə belə böyük korrupsiya halına yalnız töhmət verməklə işi yekinlaşdırıb.
Əmrdə deyilir:
"İstehlakçıların faktiki tələbatından artıq qaz qəbul edən Regional Qaz İstismarı İdarələri, Bakı Regional Qaz İstismarı Departamenti, Sumqayıt Qaz istismarı Sahəsinə Birliyin aidiyyəti şöbələri tərəfindən dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, aprel ayında da RQİİ-lər, BRQİD və Sumqayıt QİS verilmiş tapşırığı icra etməmiş, nəticədə tələbatdan artıq qaz həcmləri qəbul edərək normadan artıq qaz itkilərinə yol vermişlər”.
Bununla əlaqədar müvafiq idarələrdən rəislərindən izahatları alınıb. Onlar izahatlarında ötən ilin müvafiq dövrü ilə müqayisədə artıq qaz həcmlərinin qəbul edilməsini əhali, qeyri-əhali istehlakçılarının sayının artması, havaların soyuq keçməsi ilə izah ediblər. Gəncə RQİİ-nin rəis müavini Vüqar Ələkbərov izahatında Goranboy XS üzrə qazın qəbulunun xidməti yazıda qeyd olunduğu kimi artmadığını, əksinə azaldığını bildirib.
"Lakin aparılan araşdırma zamanı məlum olmuşdur ki, Goranboy XS-nin 7 (yeddi) kəndi Naftalan XS-yə verilmiş, yəni abonent sayının azalmasına görə qazın qəbulu azalıb. Buna baxmayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə Goranboy XS-də itki artıb” – Əmrdə qeyd edilir.
Ə.Hacıyev yuxarıda göstərilən nöqsan və çatışmazlıqların bir daha təkrarlanmaması üçün Əmək Məcəlləsinin 186-cı maddəsini rəhbər tutaraq, aşağıdakı əmrləri verib.
1.Birliyin BRQİD-nin baş mühəndisi İsgəndərov İsmayıl Əhməd oğluna, Nizami TİX-nin rəisi Bağırov Sahib Canəli oğluna, Suraxanı TİX-nin rəisi Abasov Azər Hacıbək oğluna, Qaradağ TİX-nin rəisi Həsənov Xəqani Bəhram oğluna, Xətai TİX-nin rəisi Namazov Rəhim Musa oğluna, Zaqatala RQİİ-nin rəis müavinləri Həsənov Şamil Həbib oğluna, Şamradov Taleh Vahid oğluna, Lənkəran RQİİ-nin rəis müavini əvəzi Əsədli İdrak Fəxrəddin oğluna, Tərtər RQİİ-nin rəis müavini Novruzov Rəfail Famil oğluna, Xaçmaz RQİİ-nin rəis müavini Hüseynov Gülyar İmaməddin oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulan xəbərdarlıq edilsin.
2.Birliyin BRQİD-nin Sabunçu TİX-nin rəisi Abıyev İxtiyar İmanverdi oğluna, Binəqədi TİX-nin mühəndisi Əkbərov Aydın Ziyatxan oğluna, Salyan RQİİ-nin rəis müavinləri Sadıqov Həsənalı Camal oğluna, Səlimzadə Eldar Cilovxan oğluna, rəis müavini əvəzi (Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin böyük mühəndisi) Mirələmov Ramin Adıgözəl oğluna, Lənkəran RQİİ-nin rəis müavinləri Şahpələngov Əzizağa Vəliağa oğluna, Mehdiquliyev Famil Kamil oğluna, rəis müavini əvəzi Məmmədov Füzuli Fərzulla oğluna, Tərtər RQİİ-nin baş mühəndisi Musayev Azər Fəxrəddin oğluna, rəis müavinləri Abdullayev Tahir Əfqan oğluna, Qarayev Şəhriyar İlyas oğluna, Şəmkir RQİİ-nin rəis müavinləri Qarayev Maarif Hüseyn oğluna, Nəbiyev Etibar Eldar oğluna, Xaçmaz RQİİ-nin rəis müavinləri Həmidov Axunbala Ağasəf oğluna, Camalov Elmir Eldar oğluna, rəis müavini əvəzi (QK və CTİXS-nin mühəndisi) Cəfərov Natiq Xəlil oğluna, Zaqatala RQİİ-nin baş mühəndisi Sadıqov Vəli Çərkəz oğluna, rəis müavini Qasımov Hamlet Şamil oğluna, Zaqatala RQİİ-nə ezam olunmuş Tikinti Departamentinin Əsaslı tikinti şöbəsinin mühəndisi Hacıyev Cavid Qurban oğluna, Ağsu RQİİ-nin rəis müavinləri Bayramov Sübhi Qənbər oğluna, Zeynalov İlham Alağa oğluna, Səfərov Səhrab Cəfər oğluna, Qasımov Rauf Səməd oğluna, Gəncə RQİİ- nin rəis müavinləri Hacıyev Niyaz Osman oğluna, Allahverdiyev Nail İbrahim oğluna, Salyan RQİİ-nə ezam olunmuş Birliyin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin böyük mühəndisi Tarverdiyev Gündüz İsmayıl oğluna Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət verilsin.
3.Birliyin BRQİD-nin Nərimanov TİX-nin rəisi Əliyev Tofiq Əli oğluna, Xəzər TİX-nin rəisi Seyidov Etiram Seyidağa oğluna, BRQİD-nin Rejimlərə nəzarət şöbəsinin mühəndisi Cəfərov Eldəniz Gülabbas oğluna, Gəncə RQİİ-nin baş mühəndisi Bayramov Azər Akif oğluna, rəis müavinləri Ələkbərov Vüqar Rafik oğluna, Hüseynov Ədalət Qənimət oğluna, Dəmirov Natiq Nadir oğluna, Lənkəran RQİİ-nin rəis müavinləri Ağayev Vəfadar Ağayar oğluna, Mirzəyev Aqil Adil oğluna, Şəmkir RQİİ-nin rəis müavini Həsənov Məntiq Mansır oğluna, Tərtər RQİİ-nin rəis müavinləri Muxtarov Azay Ağalar oğluna, Əmirov Müxlis Sədulla oğluna, Qarayev Coşqun Qara oğluna, Salyan RQİİ-nin rəis müavini Qurbanov Samir Qurban oğluna, Xaçmaz RQİİ-nin baş mühəndisi Əliyev Əlibaba Ramazan oğluna, rəis müavinləri Vəzirov Fərhad Elmar oğluna, Seyidov Vüsal M.Bayram oğluna, Zaqatala RQİİ-nin rəis müavini Məmmədov Asim Məmmədəli oğluna, Ağsu RQİİ-nin baş mühəndisi İbrahimov Elməddin İbrahim oğluna, rəis müavinləri Yusibov Rahim Səmid oğluna, Məhərrəmov Rafiq Kamil oğluna Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin.
4. Birliyin Salyan RQİİ-nin rəis müavini Abasov Kamran Mirzə oğlunun və Şəmkir RQİİ-nin rəis müavini Nəsibov İlkin Rəsul oğlunun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "c” bəndində nəzərdə tutulan intizam tənbehi "aylıq əmək haqqının ¼-i məbləğində cərimə edilərək tutulsun.
5. Birliyin Sumqayıt QİS-nin baş mühəndisi Balıyev Teymur Hüseynxan oğluna (28.04.2017-24.05.2017) məzuniyyətdə olduğu üçün məzuniyyətdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a” bəndində nəzərdə tutulan intizam tənbehi töhmət verilsin.
6. Birliyin Şəmkir RQİİ-nin baş mühəndisi Hüseynov Məzahir Allahyar oğluna (20.04.2017-26.05.2017) məzuniyyətdə olduğu üçün məzuniyyətdən qayıtdıqdan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b” bəndində nəzərdə tutulan intizam tənbehi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilsin.
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyir ki, xidmət sahələrinin rəhbərləri təmir adıyla min-bir bəhanələrlə kənd və qəsəbələrin qaz təchizatında fasilələr yaradırlar: "Hətta məndə olan məlumata görə, müqavilədə göstərilən 0.35 milli bar əvəzinə istehlakçıları 0.15-0.20 milli bar səviyyəsində qazla təciz edir”.
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb