Saatlıda ata 20 yazlı qızını 11 bıçaq zərbəsi vuraraq öldürdü

img

16-07-2010 [02:00]


305;da dəhşətli qətl hadisəsi baş verib. Baş Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 15 iyul 2010-cu il tarixdə saat 23.00 radələrində Saatlı şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Elman Əjdər oğlu ailə məişət zəminində aralarında baş vermiş münaqişə zamanı doğma qızı - 1990-cı il təvəllüdlü, İlahə Əliyevanı qəsdən öldürmək məqsədi ilə ona 11 bıçaq xəsarəti yetirmiş, sonuncu ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İyulun 16-da saat 00.15 radələrində rayon Polis şöbəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə xəstəxanada meyitə baxış keçirilməklə xarici müayinəsi aparılmış, bundan sonra hadisə yerinə baxış keçirilib. Həmin gün saat 00.20 radələrində E.Əliyev Rayon Polis Şöbəsinə gələrək törətdiyi cinayət hadisəsi barədə məlumat verməklə təslim olmuş və cinayətdə istifadə etdiyi bıçağı təhvil verib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunub. Hazırda iş üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA