Ucarda oğul atası ilə dalazdı, tövlə ilə birlikdə atasını yandırdı

img

03-07-2010 [01:23]


İyulun 2-də saat 17.00 radələrində Ucar rayonunun Qazqumlax kəndində, kənd sakini Elməddin Nəsirov ailə-məişət münaqişəsi zəminində ümumi sahəsi 250 kvm. olan yardımçı təsərrüfatını yandırıb. Daxili Işlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, nəticədə bütövlükdə təsərrüfatın yanar konstruksiyaları yanmış, oradakı 2 baş inək tələf olub, yanğını söndürməyə cəhd göstərmiş Elməddinin atası Tofiq Nəsirov aldığı yanıq xəsarətindən ölüb. Faktla əlaqədar cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA