DiN Bakıda baz verən silahlı insidentin iztirakçılarının adlarını açıqlayıb

img

02-07-2010 [03:44]


Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan paytaxtında dünən axşam baş verən silahlı insidentlə bağlı məlumat açıqlayıb. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyulun 1-də saat 20.06 radələrində Suraxanı qəsəbəsindəki A.Rzayev küçəsində 2 "VAZ-2107" markalı və 1 "Mercedes" markalı avtomaşınların sürücüləri tərəfindən avtoxuliqanlıq hərəkətləri edilmiş və odlu silahdan atəş açılıb. Suaraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən hadisə yerindən 3 ədəd tapança gilizi götürülüb. Aparılmış araşdırmalar zamanı avtomaşınların Bakı şəhər sakinləri Anar Dadaşova, Mövsüm Nuriyevə və Pərviz Tağıyevə məxsus olmaları müəyyən edilib. Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2107" markalı avtomaşının sürücüsü A.Dadaşov saxlanılıb. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 (Xuliqanlıq) və 228-ci (Qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA