Xızı sakini qohumunun bazını dazla əzərək öldürüb

img

12-07-2010 [02:14]


Xızı rayonunda dəhşətli qətl baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyulun 11-də saat 00:15 radələrində Xızı rayonunun Giləzi kəndində, kənd sakini Feyzulla Hüseynov sərxoş halda, münaqişə zəminində qohumu Saleh Məmmədəliyevə baş nahiyəsindən mişar daşı ilə vuraraq qətlə yetirib. Xızı rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Hüseynov tutularaq barəsində cinayət işi başlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA