"Kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər" - Deputat

img

16-05-2017 [15:25]


Azərbaycanda kabel televiziya yayımı ilə bağlı yol verilən qanun pozuntularına görə cəzaların sərtləşdirilməsi təklif edilib.

APA-nın məlumatına görə, bu təkliflə MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, kabel yayımında bir qrup cibini doldurur, insanlar isə yayımdan əziyyət çəkirlər: "Gecə saatlarında, bir balaca yağış yağan kimi yayım pozulur. Amma vətəndaş problemlə üzləşsə də, məbləği azalda bilməz. Bir balaca ödəniş gecikən kimi yayımı kəsirlər. Burada vətəndaşların hüquqları pozulur. Biz bununla bağlı qanunvericiliyə ciddi müddəalar salmalıyıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA