İslam Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana gələcək – XİN-dən KİV-ə müraciət

img

02-05-2017 [16:27]


3-5 may 2017-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycanda rəsmi səfərdə olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SMia.az-a verilən məlumata görə, səfər çərçivəsində katibi Yusif bin Ahmed Əl-Otaimenin 3 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

"Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 3 may tarixində saat 11:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA