27-04-2017 [00:17]
Qoç - Miranda və Arielin münasibətləri uğurlu gün vəd edir. Başladığınız işlərdə qətiyyətli, eyni zamanda ehtiyatlı və soyuqqanlı olsanız, uğur əldə edə bilərsiniz. Xüsusi diqqət və qayğı tələb edən sahələrdən diqqəti əsirgəməyin. Tələsməyin, işlərdə və ətrafınızdakı mühitdə qayda yaradın.Əməllərinizdə estetik komponent olsun.
Təmasları elə seçin ki, sizi gərməsin və narahat etməsin. Həyatınızda baş verən, ilk baxışdan təsadüf təsiri bağışlayan hadisələrin məğzini anlamağa çalışın. Onlar nəyisə dəyişir. Mümkün problemlərin heç olmasa bəzilərini əvvəlcədən duymağı bacarın və o problemləri rüşeym halında çözün.
Buğa - Fobos və Saturnun münasibətləri bu gün nəyisə tələsdirməyinizi istəmir. Hadisələri çətinləşdirməyin, durumu mürəkkəbləşdirməyin. Müəyyən mərhələnin başa çatması, münasibətlərdə və işdə yeni səviyyəyə keçməyin zərurəti hissi yarana bilər.
Emosiyalar xoş olmayacaq, amma yeniliklər mütləq gərəkdir. Maraqlarınız və tələblərinizi təmin etməyə çalışın. Qəm yeməyin, kimsə gələr, kimsə də gedər. Yer heç zaman boş qalan deyil. Gələcəklə bağlı ümumi planlarınızın olduğu və ya təcrübəyə malik insanla yazışmaqda, söhbətdə xeyir var.
Əkizlər - Kallisto və Himaliyanın münasibətləri maliyyə məsələlərində diqqətli davranmağınızı istəyir. Öhdəliklərlə yanaşı, etik normaları da pozmayın. Bütün işlərin arxasınca düşüb mümkün qədər çox çalışmağa cəhd göstərməyin.
Əsas işləri mütləq şəkildə fasiləsiz nəzarətdə saxlayın. Gələcəkdə hansısa işin öhdəsindən təkbaşına gələ bilməyəcəyinizi anlayanda yardım edilməsini istəyirsinizsə, yaxın ətrafınızdakı insanların problemlərinin həllində iştirak edin, onlara dəstək verin.
Səhhətinizə fikir verin. İmkan varsa, yaxşı qidalanın, açıq havada gəzintiyə çıxın. Gün ərzində alınan informasiya və məlumatları axşam saatlarında müzakirə edin.
Xərçəng - Pluton və Deymosun münasibətləri cari işlərə diqqəti maksimum dərəcədə artırmağı tələb edir. Maneələrlə sədləri aradan qaldıraraq yaxın ətrafınızdakı insanlara başa salın ki, sizə mane olmasınlar. Mühüm informasiyanın alınması mümkündür.
Faydalı ideyalar istisna deyil. İşgüzar əməkdaşlıqda yeniliklər, problemlərin uğurlu həlli, suallara tam cavabların alınması mümkündür. Şərait perspektivlərin müzakirə ediləcəyi toplantı üçün müvafiqdir. Yaşamınıza köklü dəyişikliklər etməyin. Bu gün aramla, təmkinlə, alınan xəbərləri və yaxın ətrafınızdakı insanların reaksiyaları ilə münasibətlərini dəyərləndirərək davranmaq gərəkdir.
Şir - Himaliya və Avropanın münasibətləri bu gün işlərin həcmi ilə ağırlığını artıracaq. Yeni planlar və istəklər var. Lakin sizi nə isə geri çəkir, həyata keçməyən və reallaşmayan arzularla ümidləri yada salır. Pərişan edən informasiya ala bilərsiniz. Harayasa getmək, problemləri həll etmək, çətin vəziyyətdən çıxış yolu aramaq ehtiyacı yaranıb.
Başqasının problemlərini həll etməzdən əvvəl öz işlərinizi bitirin. Səhhətinizə fikir verin. Fiziki iş, ev işi, axşam saatlarında gəzinti faydalıdır.
Qız - Erida və Yupiterin münasibətləri yeniliklər olmayan rutin gün vəd edir. Diqqəti bir mövzuda, bir işdə cəmləşdirin. Günün ikinci yarısı işgüzar görüşlər və danışıqlar üçün faydalıdır.
Rəhbərlik və ya tərəfdaşla yeni ideyanı müzakirə etmək, köhnə planlarla ideyaları nəzərdən keçirmək olar. Sizdən asılı olmayan səbəblərdən yarımçıq qalan işləri və ya layihəni başa vurmağa çalışın.
Qarşılıqlı mənfəət vəd edən yeni əməkdaşlığa başlamaq vaxtıdır.
Lakin ehtiyatlı olun, çünki enerjiniz ikinci dərəcəli məsələlərin həllinə yönələ bilər. Həmin məsələlər emosional baxımdan cazibədar olsa da, yetərli potensiala malik deyil.
Tərəzi - Haumea və Plutonun münasibətləri bu gün bütün diqqəti işə və cari məsələlərin həllinə yönəltməyi tələb edir. Yaxşı gəlir verəcək işlə məşğul olmaq vaxtı çatıb. Mövcud şərtlər sizi qıcıqlandıracaq. Rəqiblərin əməllərinə fikir verməyin, tərəfdaş və ya həmkarlarla fəaliyyətinizin nizamlanmasına çalışın.
Şəxsi münasibətləri qulaqardına vurmayın, işi yaşam absolyutuna çevirməyin. Bununla belə, fəaliyyətinizin mənfəətinin azalmasına rəvac verə biləcək addımlar atmayın.
Əqrəb - Serera və Neptunun münasibətləri bəzi şərtlərin məcrası ilə batinini bu gün izhar edəcək. Yeni məlumatlarla informasiyalar həyatınızdakı bəzi dəyərlərlə bağlı düşünməyə vadar edəcək. Yeni planların reallaşdırılması üçün daha çox məkan və vaxta ehtiyacınız var.
Planlarınız geniş miqyaslıdır, yeni imkanlar vəd edir. Bir qədər tək qalın, strateji məqsədləri düşünün, işin məqsədi və münasibətlərin mənalarını təhlil edin. Gün ünsiyyət, qəfil görüş və həllər vəd edir. Əgər hansısa söhbətə ehtiyac duyursunuzsa, əlverişli mühit yaradın. Köhnə problemlərin qəfil, gözlənilməz, orijinal həll yolları peyda ola bilər.
Oxatan - Makemake və Yupiterin münasibətləri ətalətli gün vəd edir. Emosional baxımdan kasad gün olsa da, iş qabiliyyəti və ambisiyalar güclənir.
İş sistemli yanaşma tələb edir. Maliyyə məsələlərinin həlli, yeni əməkdaşlıq formalarının axtarışı, fəaliyyətin optimallaşdırılması üçün əlverişli vaxtdır. Məqsədlərinizi konkretləşdirin, hədəflərə çatmaq üçün aktivləşin.
Kollektiv qərarlar məqsədə doğru hərəkəti sürətləndirə bilər və bunun üçün ambisiyalarınızdan keçməyin. Bütün təsir rıçaqlarına malik deyilsinizsə, proseslərə nəzarət etməyə çalışmayın. Şəxsi münasibətlərdə təşəbbüskar olun, yeni yollar arayın. Sevdiyiniz insan sizdən xoş sözlər gözləyir.
Oğlaq - Lisiteya və Uranın münasibətləri gərginliyin aradan qalxmasını vəd edir. Problemlər çətinləşir, situasiya isə inkişaf və transformasiya istəyir. Ambisiyalarınız arta bilər.
Vurnuxmaya çox fikir verməyin. Yalnız perspektivdə gərəyiniz ola biləcək informasiyaya fikir verin. Mənasız hay-küy, aktivlik az olmaycaq. Lakin məlumatları və gələn informasiyaları süzgəcdən keçirməklə onların arasında dəyərli nə isə aşkarlaya bilərsiniz. Həyatınızı çətinləşdirən məqamlarınızdan bəhrələnməyə çalışın. Axşam saatlarında rahatlıqla dincəlin.
Dolça - Pluton və Marsın münasibətləri bir qədər gərgin gün vəd edir. Lakin tələsməyin, işlərin hamısını eyni vaxtda görməyə çalışmayın. Bir qədər fasilə edin.
İşdə münasibətlərin gərginləşməsi, düşünülməmiş qiymətləndirmələr, ifrat məsuliyyət mümkündür. Emosiya və qüvvənizi çətin işin həllinə yönəldin. Məlumat axtarın və araşdırın, maraqlarınızın əhatə etdiyi müstəvi və məkanı təhlil edin. Əvvəllər gerçəkləşdirə bilmədiyiniz iş bu gün qəflətən yerindən tərpənə bilər. Çalışın, zəhmətiniz nəticəsiz qalmayacaq.
Balıqlar - Venera və İonun münasibətləri uğurlu gün vəd edir. Yaşam məkanınızı artıracaq, gəlirlərinizi çoxalda biləcək işlərlə məşğul olun.
Planlaşdırdığınız işlərə hazırlaşmaq, təmir və rekonstruksiya da əlverişlidir.
Yaxın ətrafınızdakı insanların yardım çağırışlarına laqeyd qalmayın, onların duyğu və hisslərini düşünün. Tələsməyin. İşləri təmkinlə görün. Ünsiyyətdə də səbirli olun.
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"
“Azercell” tarif paketlərini yeniləyərək mobil internet və danışıq imkanlarını artırır
İsrailin Livana hücumu: ölən və yaralananların sayı artıb
Azərbaycan nefti 4 dollar ucuzlaşdı - Qara qızıl 82 dollara satılır