25-04-2017 [13:22]
Səhhətində yaranan problemlər səbəbindən Türkiyənin İstanbul şəhərində müalicə alan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Azərbaycana qayıdıb. H.Hacıyev müalicədən sonra özünü sağlam hiss etdiyini bildirib. O, indi daha böyük şücaətlə xəyanətkar müxalifətçilərlə vuruşacağını vurğulayıb. H.Hacıyev ekskluziv açıqlamalarını Kanal15.tv ilə ilə bölüşüb.
"Siyasi arenada məndən çox görünən partiya sədri yoxdur. Gündəmdə ancaq Müasir Müsavat Partiyası və onun sədri Hafiz Hacıyevdir. Mənim siyasət meydanında olmamağım ədalətsizlik olardı. Sadəcə, son günlər səhhətimlə əlaqədar Türkiyəyə getmişdim və buna görə bir neçə günlük siyasi fəaliyyətdən uzaq düşmüşdüm”.
Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev son günlər siyasi arenada görünməməsi ilə bağlı Kanal15.tv-yə açıqlamasında bildirib. O bildirib ki, yenidən fəaliyyətinin başındadır: "Mən olmasam da, müavinlərim burdadır, köməkçilərim burdadır. Onlar məni layiqincə əvəz edirlər. Bizim partiya gündən-günə inkişaf edən bir partiyadır. Biz qurultaya hazırlaşırıq. Yaxın zamanda qurultay, konfrans keçirəcəyik. Proqram əsasında işlərimizi, siyasi fəaliyyətimizi davam etdirəcəyik”.
H.Hacıyev yaxın günlərdə mitinqlər keçirməyi planlaşdırır. Onun sözlərinə görə, Azərbaycanda yeganə müxalif partiya olan MMP-nın mitinq keçirməyə zəruri ehtiyyaclar yaranıb. O, mitinq keçirməyinin səbəblərini də açıqlayıb: "Yaxın günlərdə bizim siyasi şuranın iclası baş tutacaq. İndi mən təzə gəlmişəm deyə, hələ ki, planlaşdırırıq. Hər halda biz qərar verəcəyik ki, mitinqlərə başlayaq. Xalq görəcək ki, Azərbaycanda bir müxalifət partiyası var. O da, Müasir Müsavat Partiyasıdır. Azərbaycanda bir müxalifət partiyası var ki, o da heç dövlətin himayəsində deyil. Bu da Müasir Müsavat Partiyasıdır. Bizim mitinqlərimiz dövlət başçısına xəyanət edənlərə qarşı olacaq. Onların adları bir-bir çəkiləcək. Azərbaycanda son 23 ildə adını müxalif partiya qoyub kimlərə işləyirlər, hamısını faktlarla açıb ortaya qoyacağıq”.
Partiya sədri bildirib ki, növbəti prezident seçkilərində iştirak edəcək: " Azərbaycanda növbəti prezident seçkilərinə hazırlaşıram. Bunu mən dəfələrlə demişəm, yenə də deyirəm ki, Azərbaycanın növbəti prezidenti mən olacağam. Buna heç kəsin şəkk-şübhəsi olmasın. Biz çalışmalıyıq ki, Azərbaycanda siyasi sabitliyi qoruyaq. Prezident seçkilərində vaxt çoxluğu olsun, təbliğat-təşviqat proseslərinin vaxtı uzansın. İstəyərdim ki, bu məsələ ilə bağlı siyasətçilərimizin hamısı öz mövqelərini ortaya qoysunlar. Həm regionda, həm Azərbaycanda vəziyyət gərginləşib. Kimlərsə vəziyyətin yaxşı olduğunu deyirsə, ya insafsızdır, ya da özünü aldadır. Ölkədə elə bir irəliləyiş yoxdur. Azərbaycanda elə bir təbəqə formalaşıb ki, imkan vermir ki, müəyyən məsələlərdə irəliləyişlər olsun. Tək bir adamdır işləyən, o da mənim əziz qardaşım Prezidentdir. Prezidentə də kömək lazımdır. Onun da arxasında dayanan yeganə partiya varsa, o da Müasir Müsavat Partiyasıdır”.
O, müxalifətdən vahid namizəd kimi seçiləcəyini də vurğulayıb: "İndi görək, bu dəfəki seçkilərdə başqa kimlər iştirak edəcək. Ola bilsin ki, müxalifətdə vahid namizəd kimi şəxsən mən özüm iştirak etdim. Əgər bu xalq istəyirsə, daha yaxşı yaşasın, korrupsioner və rüşvətxor hökümət üzvlərindən azad olsun, onda əlbəttə ki, mütləq məni seçməlidir. Bütün hallarda çalışırıq ki, Azərbaycan demokratik bir dövlət kimi dünyada öz yerini tutsun. İçimizdə bunun əleyhinə olanlar da var. Amma Müasir Müsavat Partiyası dövlətimizin qorunmasında öz xidmətlərini əsirgəmir. İdeoloji və siyasi və s baxımdan dövlətçiliyin qorunmasında, bəzi təhlükələrdən sovuşmalarda bizim böyük xidmətlərimiz olub. Biz bu gün ideoloji savaşda hamıya qalib gəlmişik. Mənim əziz qardaşım həmişə çalışıb ki, ölkədə kadr islahatları, siyasi islahatlar aparsın”.
H.Hacıyev "Milli Şura”nın sezonla işlədiyini xüsusi olaraq önə çəkib. Onun sözlərinə görə, Azərbaycanda heç bir xarici dövlətə işləməyən müxalif partiya yalnız Müasir Müsavat Partiyasıdır: "Milli Şura sadəcə olaraq sezonla fəaliyyət göstərməməlidir. Çox təəssüflər olsun ki, Milli Şura da öz başına deyil, onların xaricdə himayədarları var. Onların hakimiyyətin daxilində də ölkə başçısı İlham Əliyevə qarşı birləşən məmurlarla iş birlikləri var. Ona görə də, Milli Şura qalıb bu iki qüvvələrin arasında”.
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Xorvat məşqçi daha bir komandadan qovulub
"Fənərbaxça" Konyada vacib xal itiirb
Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş poeziya müsabiqəsinin ilkin seçimi olub - SİYAHI
HƏMAS-la İsrail atəşkəsə razılaşıb? - İsrail təsdiqləmir, şərtlər də gizli saxlanılır
Paşinyan Moskvaya gedir - Putinlə ikitərəfli görüş olacaq
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - Xəbərdarlıq
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
Qarabağ zonasında 2046.3 hektar ərazi minalardan təmizlənib
Dövlət qulluğuna imtahan keçiriləcək
DSMF-də rəsmi yoxlama başlayıb - Açıqlama
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalandı
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ DEPUTATIN RAMİZ MEHDİYEVƏ ŞOK MƏKTUBU ÜZƏ ÇIXDI: "Hörmətli ağsaqqalım..." - "Bəlkə, özləri yazıb "qol" çəkiblər?" - FOTO (YENİLƏNİB)
Rezidenturaya qəbulun nəticələri açıqlanıb
RUSİYA UKRAYNANI ADDIM-ADDIM ƏLƏ KEÇİRİR: "Xarkov və Donetskdə daha iki yaşayış məntəqəsi nəzarətə götürülüb"
Qəzzada savaşın 213-cü günü: ölənlərin sayı artlb
Hakim: "AMEA-nın vitse-prezidenti bilərəkdən, ya bilməyərəkdən cavab vermir" - Qalmaqallı məhkəmə (FOTOLAR)
Keçmiş komitə sədri hakim qarşısına çıxarılır - Korrupsiya ittihamı
Türkiyədə ağır qəza: 8 nəfər ölüb, çoxlu sayda yaralı var - FOTOLAR
Ağdərə və Qubadlıda insan qalıqları tapılıb - Prokurorluq araşdırma aparır (Yenilənib)
Joze Mourinyo Türkiyəyə gəlir - İki illik razılaşma əldə olunub
ABŞ səfiri Füzuli və Şuşada - FOTOLAR (YENİLƏNİB)
Putin beşinci dəfə and içəcək
QMİ Məhərrəmlik ayının başlanacağı tarixi açıqladı
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib - FOTO (Yenilənib)
Emin Əmrullayev yola saldı: nazir həmkarı özünə müşavir götürdü - Sabiq mətbuat katibi vəzifəyə təyin olunub
Azərbaycanla daha bir ölkə arasında viza tələbi aradan qaldırılıb
Gömrük Komitəsinin sədri özünə daha bir müşavir götürüb
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir - Dəyişiklik
ABŞ-da unikal hadisə: qadın 10 həftə ərzində lotoda iki dəfə 1 milyon dollar qazanıb - "Qənaətlə xərcləyəcəm"
Dövlət xidməti rabitə müəssisələrini "vurdu": “Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - Xəbərdarlıq
Anar Məmmədli ev dustaqlığına buraxılmadı - Məhkəmə iclası
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
İki həftə əvvəl "ərim məni döyür" harayı çəkən müğənni ölüm xəbərindən dərhal sonra dəyişdi: "Andımıza sadiq qaldıq, canım yoldaşım"
İsrail əsgərləri Tulkerim qaçqın düşərgəsini mühasirəyə alıb