Tarkan Bakı konsertindən sərvət qazanacaq - Məbləğ açıqlandı

img

24-04-2017 [10:50]


Türkiyənin megastarı Tarkanın Bakıda Formula 1 Grand-Prix yarışları çərçivəsində verəcəyi konsertdən əldə edəcəyi gəlir məlum olub.

"Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tarkanın konsert üçün 500 min dollara anlaşdığı açıqlanıb.

Qeyd edək ki, konsert xəbərini ötən gün instagram hesabından elan edən müğənni "həyəcanlı” olduğunu ifadə etmişdi.

Xatırladaq ki, Tarkandan daha əvvəl Bakı Formula 1 yarışlarının açılış mərasiminə Enrique İglesias, Chris Brown və Pharrell Williams kimi məşhurlar dəvət edilmişdilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA