Meyxanaçı Kərimin beyninə qan sızdı - Reanimasiyaya yerləşdirildi

img

05-04-2017 [15:28]


Məşhur meyxanaçı Kərimin beyninə qəfil qan sızıb.

Mia.az xəbər verir ki, bu barədə unikal.org-a meyxanaçının bacısı oğlu Rüstəm məlumat verib. O, bildirib ki, meyxanaçı Mərkəzi Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib:

"Bu hadisə keçən həftənin cümə axşamı günü baş verib. Şəhər xəstəxanalarının birində idi. Amma səhhətində heç bir irəliləyiş olmadığına görə, Mərkəzi Kliniki Xəstəxanaya gətirildi. Dayım Kərim bazar günündən reanimasiyadadır. Artıq yavaş-yavaş özünə gəlir. Bir neçə gündən sonra palataya köçürülməsi gözlənilir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA