04-04-2017 [11:22]
Akademik Milli Dram Teatrının keçmiş aktyoru Cavanşir Eyyubzadə analığının qızı tərəfindən öz evindən qovulub.
Bu barədə BakiPost.az-a aktyor özü məlumat verib. O, hazırda məhkəmə çəkişməsinin davam etdiyi evin atasının vətəndaş nikahında yaşadığı qadının qohumları tərəfindən zəbt edildiyini bildirib.
Söhbət Sumqayıt şəhəri, Azərbaycan prospekti 5/28 ünvanında yerləşən 56 nömrəli mənzildən gedir. C. Eyyubzadənin sözlərinə görə, o, 1962-ci ildə sözügedən mənzildə dünyaya gəlib. Valideynləri 1976-cı ildə boşandıqdan sonra anası öz atasının evinə qayıdıb. Cavanşir Eyyubzadə isə atası Məmmədşad Eyyubov ilə qalıb. M. Eyyubov 1978-ci ildən sonra Qusar rayonundan olan Ağayeva Həqiqət adlı qadınla vətəndaş nikahında yaşamağa başlayıb: "O gündən sonra qara günlərimiz başladı. Analığım mənimlə dolanmırdı. Mənə görə atamla tez-tez dalaşırdı, evdən getməyimi istəyirdi. 1995-ci ildə atam rəhmətə getdi və Həqiqət Ağayeva məni evdən qovdu. Mən də məhkəməyə verdim. Analığım hakimin qarşısında ağladı, sızladı ki, tənha qadınam, evdən çıxarmayın və s. Hakim də dedi ki, gedin ümumi razılığa gəlin. Biz də evdə bir yerdə yaşamağa başladıq. Lakin elə rəftar edirdi ki, mən evə gəlmirdim. Öz evimdən didərgin düşmüşdüm. Gəlib Bakıda kirayə ev tutub, orada qalırdım. Həmin vaxt da Bakıda kinostudiyada və "Azdrama”da işləyirdim”.
Cavanşir Eyyubzadə yaranmış problemlər səbəbindən kinostudiyadakı və teatrdakı işlərindən ayrılmaq məcburiyyətində qalıb. İşsizlikdən əziyyət çəkən aktyor Rusiyaya üz tutub. Onun Rusiyaya getməsindən istifadə edən analığı yaşadığı mənzilə sahib olmaq üçün özünü evin sahibi Məmmədşah Eyyubovun yeganə varisi elan edib və 2007-ci ildə bunu notariusla təsdiqlədib: "Mənim onun bu cinayətindən xəbərim olmayıb. Notarius da atamın yeganə övladı mən olduğum halda atamla heç bir hüquqi bağlılığı olmayan qadını onun yeganə varisi kimi təsdiqləyib. Görünür, məsələni rüşvətlə həll ediblər. Həmin qadın 2012-ci ilin sentyabr ayında rəhmətə gedib. Mən də bu vaxtlar Bakıda idim. Evimizə gedib içəri daxil olmaq istəyirdim ki, gördüm qapı dəyişdirilib.
Qonşulardan nə məsələ olduğunu soruşanda dedilər ki, o qadının qızı gəlib, evə yiyələnib. Halbuki Həqiqət Ağayeva başqa bir kişidən dünyaya gətirdiyi həmin qızın üzünü 2-cə ay görüb. Sonradan heç vaxt nə xəbər tutub, nə də görüb. Bu qız – İradə Ağasıyeva anası öləndən sonra peyda olub, özünü varis adlandırıb və evimiz keçib analığımın başqa kişidən olan və atama heç bir aidiyyəti olmayan bir qadının əlinə. O da iz itirmək üçün evi öz qohumuna satıb”.
Doğma atasının yeganə varisi olan Cavanşir Eyyubzadə haqqı olan evi almaq üçün üz tutub məhkəməyə. Lakin hakimlər İradə Ağasıyevanın xeyrinə qərar çıxarıb: "Apellyasiya məhkəməsi də oldu. İndi Ali Məhkəməyə verməyə hazırlaşıram. Pul verib bütün qərarları öz xeyirlərinə çıxartırırlar. Onlarla üzləşəndə mənə dedilər ki, "sən kimsən ki, ləzgilərin qarşısında at oynadırsan?” Vallah mən belə həyasızlıq görməmişəm. Atama heç bir aidiyyəti olmayan bir qadın gəlib evi zəbt edib və məhkəmə də onun xeyrinə qərar çıxarır. Hamısını pulla həll ediblər. Çünki mən məhkəməyə verəndə də dedilər ki, boş yerdən özünü yorma, çünki heç bir məhkəməni udmayacaqsan”.
C.Eyyubzadə deyir ki, imkansızlıqdan məhkəmələrdə onu təmsil etməsi üçün bir vəkil belə tuta bilmir. O hazırda atasının vətəndaş nikahında yaşadığı qadının vərəsəlik hüququnun ləğvini istəyir. Lakin bu iddiası da məhkəmə tərəfindən rədd edilir.
Aktyor Prezident İlham Əliyevdən, birinci vitse-prezident Mehriban Əliyevadan və aidiyyəti qurumlardan kömək istəyir.
Məlumat üçün bildirək ki, C. Eyyubzadə 1989-2003-cü il tarixlərində Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasında çalışıb. 1997-2002-ci il tarixlərində isə həm də Akademik Milli Dram teatrında müqavilə ilə aktyor kimi işləyib. Bu müddət ərzində o, bir çox tamaşalarda əsas rolların ifaçısı olub: "Eşq və intiqam” tamaşasında baş rol, "Hökmdarın qızı” tamaşasında "Əbülfət ağa” və bir çox rollar canlandırıb. Bundan əlavə, filmlərdə də rol alıb.
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb
PREZİDENT TƏHLÜKƏSİZLİK ŞURASINI TOPLADI: "Silahlı Qüvvələrimiz səfərbərlik vəziyyətinə gətirilib" - FOTOLAR
İsraildən İranın Azərbaycana dron hücumu barədə - Açıqlama
"Bu, tamamilə qəbuledilməzdir" - Britaniya səfirindən İranın Azərbaycana hücmuna etiraz gəldi
İran XİN-dən Azərbaycana hücuma reaksiya: "Bu insident barədə sizdən eşidirəm" - VDEO
İran Azərbaycanı niyə hədəfə alır?
YAP: "İranın Naxçıvana hücumu böyük hiddət yaradıb"
İranın Naxçıvana dron hücumu - 4 nəfər xəsarət alıb (Yenilənib)
İran Qətərə hücum edib - Paytaxtda həyəcan siqnalı verilib
Özbəkistan XİN başçısı Ceyhun Bayramova zəng etdi - İranın Naxçıvana hücumu ilə bağlı
"Bu hücum aktları cavabsız qalmayacaq" - Azərbaycan Müdafiə Nazirliyi Naxçıvana hücumla bağlı sərt bəyanat yaydı
TÜRKİYƏNİN "DRON SÜRÜSÜ"NÜN BEYNİNİ QARIŞDIRAN YENİ SİLAHI: "Qoy, bu, bizdə gizli qalsın!" - FOTOLAR
Prezident İlham Əliyev "İnvestisiya fəaliyyəti haqqında" qanunu təsdiqlədi - Dəyişiklik
Naxçıvanda məktəblərdə tədris dayandırıldı - İranın hücumuna görə
RƏSMİ BAKIDAN İRANA DRON HÜCUMUYLA BAĞLI XƏBƏRDARLIQ: səfir XİN-ə çağırıldı, "Cavab hüququmuzu saxlayırıq" mesajı verildi
Sabahın hava proqnozu açıqlandı
Baş prokuror Sabunçuda vətəndaşları qəul edəcək - Bu tarixdə
NAXÇIVANA DRON HÜCUMU - İran nə etmək istəyir? + VİDEO
Gəncədə türkiyəli iş adamı evdə ölü tapılıb
Vergi sistemində yeni idarəetmə modeli tətbiq olunacaq
Rəsmi Tehran vurulan gəmiyə görə ABŞ-ı hədələdi: "Unutma, çox ağır şəkildə peşman olacaqsız"
Əməkdar artistə yeni vəzifə verildi
İRAN 5 QAT SÜRƏTƏ SAHİB YENİ PUA-ları SAVAŞA BURAXDI - "Hadid-110"nun üstünlüyü nədir? (FOTOLAR)
"Tiktok"da qeyri-etik paylaşım edən “Yeraz” cəzalandırılıb
İran ordusundan Türkiyə ilə bağlı - Açıqlama
"Beşiktaş"ın baş məşqçisi: "Əsas hədəfimiz Türkiyə Kubokudur"