02-04-2017 [10:55]
Apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, orta məktəblərdə ədəbiyyat fənni ya çox zəif keçirilir, yaxud da zərərəli iatiqamətlərdə tədris aparılır.
Mütəxəssislər isə bunun gələcəkdə ictimai şüurun formalaşması və möhkəmlənməsi baxımından pis nəticə verəcəyini bildirir. Bəs görəsən, ədəbiyyat fənninə olan bu laqeyd münasibət nədən doğur?
Mövzu ilə bağlı münasibət bildirən şərqşünas, araşdırmaçı-yazar Vüsal Hətəmov bildirdi ki, müəllimlərin bu dərsi keçməməsində bir çox səbəblər var: "Burada həm iqtisadi tərəf, həm müəllimlərin bilgi məsələsi, həm də milli düşüncənin inkişafına qarşı təxribat amilini qeyd etmək lazımdır. İqtisadi tərəfi budur ki, ali məktəblərə qəbul testlərində ədəbiyyatdan sual az düşür. Buna görə də repititorluq edən müəllimlər məcburdurlar ki, əsas diqqəti Azərbaycan dilinin qrammatikasına yönəlstsinlər. Çünki ali məktəblərə imtahan verən şagirdlər zəif bal toplasalar, həmin müəllimin əlavə dərs hazırlığına gələn olmayacaq. Bundan başqa, bir çox müəllimlər qeyd edir ki, məktəb direktorları onları məcbur edir. Bəli, məktəb direktorları göstəriş verir ki, Azərbaycan dili-ədəbiyyat müəllimləri Azərbaycan dilinin qrammatikasının tədrisinə üstünlük versinlər. Çünki şagirdlər imtahanlar zamanı yüksək göstərici göstərməlidirlər. Ədəbiyyatdan isə sual az düşdüyü üçün ədəbiyyat fənninə vaxt ayırmaq səmərəli deyil”.
Vüsal Hətəmov həmçinin bildirdi ki, bu sahədə müəllimlər, filoloqlar ədəbiyyat dərslərini yalnız nəzəri qaydalar əsasında öyrəndiklərindən klassiklərimizin əsərlərini tam mənimsəyə bilməyiblər: "Filoloq, ədəbiyyatçı müəllimlərin bir çoxu əski əlifbanı, ərəb-fars dilini bilmədikləri üçün klassiklərimizi tanımırlar, başa düşmürlər, buna görə də onlarda maraq yoxdur. Düzdür, filologiya fakültəsində sözügedən fənlər tədris edilir, amma bu səthidir, tədqiqat aparacaq dərəcədə deyil. Budur ki, ən böyük ədəbi tədqiqatçılar filoloq və ədəbiyyatçılar arasından deyil, şərqşünaslar arasında yetişir. Halbuki filoloqlar bunu şərqşünaslardan daha yaxşı bilə bilərlər. Çünki onlar bu elmin mənimsəmə metodunu bilirlər. Lakin təəssüf ki şərq dillərini bilmədikləri üçün həmin metod onların işinə yaramır.
Universitetlərdə filologiya fakültəsində oxuyan tələbələr ədəbiyyat sahəsində nəzəri qaydaları, ədəbi tarixi xronologiyaları, klassiklərimizin həyat və yaradıcılığı haqda ümumi əsasları bilirlər. Amma hansısa qəzəlin izahını verməkdə çətinlik çəkirlər”.
Şərqşünas onu da qeyd edib ki, tariximizi öyrənmək üçün biz ədədbiyyata müraciət edirik: "Dəvdək Alban çarı Cavanşirin ölümünə dair mərsiyəsə yazıb. Bu haqda ədəbiyyat dərsində keçirilməsə, şagird buna daha heç yerdə rast gəlməyəcək. Diqqətlə baxsaq, görərik ki, tarixdə ən çox yadda qalan tarixi şəxsiyyətlər ədəbiyyatla bağlı olan şəxslərdir. Misal üçün səfəvilər sülaləsi arasında ən çox yadda qalan şəxs Şah İsmayıldır. Çünki həm də şair idi. Halbuki səfəvilərdən sonra hakimiyyətdə olan Nadir Şahın fəth etdiyi ərazi Şah İsmayılın fəth etdiyi ərazidən çox idi. Amma Nadir Şah şair olmadığı üçün sonrakı tarixi dövrlərdə Şah İsmayıl qədər ürəklərə yol tapa bilmədi. Həmçinin tarixi şəxsiyyətlərimizin ideoloji portretini cızmaq, xarakterik mənəvi simasını təsvir etmək istəyəndə də yenə köməyimizə onların özlərinin, habelə müasirlərinin əsərləri, ədəbi nümunələri çatır”.
Müsahibimiz ədəbiyyat dərsinə qarşı soyuq münasibəti təxribat adlandırdı: "Ədəbiyyat dərsinin zəif tədrisi yeniyetmə və gənclərdə milli şüurun formalaşmasını ləngidir, daha təhlükəlisi isə budur ki, məhv edir. Misal üçün Seyid Nigarini, Natəvanı tanımayan millətə qarşı erməni tarixçiləri rahat şəkildə iddia qaldıra bilər ki, bura tarixən sizin deyil. Necə ki, Alban xristian kilsələrini öz xristian məbədləri kimi qələmə verirlər.
Qeyd edim ki, bizi bir millət kimi sovetlər dönəmində xilas edən ədəbiyyatımız oldu. 70 il bizə ateizmdən dərs deyilsə də, xalqımız Nəsimi, Füzuli, Xətai, Sabir və digərləri vasitəsilə tarixi milli kimliyimizi unutmadı. Təkrar deyirəm, hazırda məktəblərdə ədəbiyyat dərslərinə ciddi fikir verilməməsi, hətta bəzi müəllimlərin ədəbiyyat dərsi saatında ədəbiyyat dərsi əvəzinə Azərbaycan dilinin qrammatikasını keçməsi sırf təhlükədir. Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən zövq ala bilmləyən gənclik narkomaniyadan, əxlaqsız işlərdə zövq axtaracaq. Öz tarixi şəxsiyyətlərini, mütəfəkkirlərini tanımayan insan sabah asanlıqla bu millətə, xalqa dönük çıxacaq və təbii ki, gənclərin sorağı İŞİD sıralarından gələcək...”.
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
Dövlət Baxçalı ilə Özgür Özəl görüşüb - FOTOLAR
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi
PUTİN ƏMR VERDİ: Rusiya nüvə qoşunlarını ayağa qaldırıb - Qərbin mümkün hücumuna hazırlıq başlayıb
"Yelo Bank" keçmiş vəzifəli şəxsləri məhkəməyə üz tutub
DEPUTATLAR TOPLANIB: hansı qanunlar dəyişir? - SİYAHI
Tərtərdə məktəblilər arasında dava: ölən var
Əfqanıstanda güclü sel: 15 nəfər ölüb, yüzlərlə ev su altında qalıb
İsrail ordusu Rəfahda sərhəd qapısını ələ keçirib - Ordu açıqladı
Rektor özünə daha bir xidməti maşıən alır - 110 min manata
Azərbaycan və Slovakiya arasında yeni sənədlər imzalanıb
Ağsuda əməliyyat: saxlanılan var
"Göbək rəqsi" ilə qısa müddətə bir milyon dollar qazandı - FOTOLAR
Daha bir jurnalist həlak olub
CHP liderindən daha bir sürpriz qərar - Bu gün Baxçalı ilə görüşəcək
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR