Bakıda meyxanaçı öldü - Yüksək dozada narkotikdən

img

01-04-2017 [11:36]


Bakıda meyxanaçı yüksək dozada narkotik maddə qəbul etməsi səbəbindən ölüb.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, A.Şərifzadə küçəsində yaşayan 1979-cu il təvəllüdlü İslamov Əlislam Nuru oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib.

Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Əlislam İslamov meyxanaçıdır.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA