Biləsuvarda ana yeni doğulan körpəsini vəhzicəsinə öldürüb

img

24-06-2010 [05:46]


Biləsuvar rayonunda dəhşətli hadisə baş verib. Ana yenicə dünyaya gətirdiyi övladını öldürüb. Hadisə rayonun Çaylı kəndi ərazisində olub. Belə ki, Biləsuvar rayon polis şöbəsinə Əzizbəyov kanalının kənd ərazisindən keçən hissəsində suyun üzərində yeni doğulmuş körpənin meyiti olması haqqında məlumat daxil olub. Ərazi və meyit müayinə edildikdən sonra hadisənin kim tərəfindən törədilməsinin müəyyənləşdirilməsi istiqamətində kənddə əməliyyat tədbirləri aparılıb. Biləsuvar rayon Prokurorluğunun müstəntiqi Ramil Ədilovun sözlərinə görə, körpənin anasının 1972-ci il təvəllüdlü Gülarə İdris qızı Qarayeva olduğu bəlli olub. Müstəntiqin sözlərinə görə, qadın körpəni dünyaya gətirəndən sonra boğaraq öldürüb. Körpəni boğub öldürən ?ana? Gülarə Qarayeva meyiti dəmir vedrəyə qoyaraq yaşadığı evin yaxınlığındakı su kanalına tərəf gedib və ərazidə gediş-gəlişin olmamasından istifadə edərək izi itirmək məqsədilə övladını suya atıb(ans tv). Araşdırmalar zamanı məlum olub ki, G.Qaraevanın 10 yaşlı oğlu var. Bir neçə il bundan qabaq isə həyat yoldaşı vəfat edib. Hadisəyə səbəb isə Gülarənin qeyri-qanuni yaşadığı şəxsdən dünyaya gətirdiyi bir övladın anası olmaq istəməməsi olub. Qeyd edək ki, Qarayeva artıq Cinayət Məsuliyyətinə cəlb edilib. Onun barəsində Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 121, yəni ananın yeni doğduğu uşağı doğuşdan dərhal sonra qəsdən öldürməsi maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA