Respublika Prokurorluğu; Ağdazda kanalda meyiti tapılan qadın öldürülüb

img

08-07-2010 [12:24]


Respublika Baş Prokurorluğu Ağdaş rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iyulun 7-də saat 09-00 radələrində Ağdaş rayonunun Malay dəmir yolu stansiyası ilə rayonun Qəribli kəndini birləşdirən yolun kənarından keçən su kanalından üzərində zorakılıq əlamətləri olan, 1959-cu il təvəllüdlü, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhər sakini Məmmədova Minbirgül İbiş qızının meyiti aşkar edilib. Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə foto çəkilişlər aparılmaqla hadisə yerinə və meyitə baxış keçirilib, meyitin daxili müayinəsi aparılıb, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilib, cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində rayon prokurorluğu tərəfindən intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA