27-03-2017 [14:17]
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Akif Çovdarovun vəkili Sadiq Rəsulov onun holter aparatı vasitəsi ilə müayinə edilməsi barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib. Hakim bildirib ki, bu məhkəmənin səlahiyyətinə aid deyil.
Vəkil Sadiq Rəsulov jurnalistlərə deyib ki, bir müddət əvvəl A. Çovdarov aclıq aksiyası keçirən zaman Ədliyyə Nazirliyi Tibb Baş İdarəsində ona holter aparatı ilə müayinə təklif olunub. Həmin vaxt A. Çovdarov aclıq aksiyası keçirdiyindən bundan imtina edib, bildirib ki, müayinənin nəticəsi düzgün olmayacaq: "Biz indi Tibb Baş İdarəsinə müraciət edərək müayinənin keçirilməsini istəyirik. Lakin onlar bunun üçün məhkəmə qərarı tələb edirlər. Məhkəmə isə bunun onların səlahiyyətinə aid olmadığını deyir".
Daha sonra iclasda zərərçəkmiş şəxslərdən "Azərtikinti ATF" şirkətinin rəhbəri Azər Quliyevin (Azər Quliyev vəfat edib, onu hüquqi varisi təmsil edir) epizodu üzrə MTN-nin əməkdaşı olmuş Əziz Əzizov şahid qismində ifadə verib. O, Səlim Məmmədovun göstərişi ilə bir dəfə "Azərtikinti ATF" şirkətində olduğunu deyib.
Proses günün ikinci yarısında davam edəcək.
Qeyd edək ki, Arif Həsənov "Techmarine LTD” MMC-nin təsisçisi olub. 1996-cı ildə təsis edilən şirkətin 50 faizi sonradan Səhrab Allahverdiyevə satılıb. A. Həsənov istintaq zamanı ifadəsində deyib ki, şərikindən şübhələnib:
"Şərikimin dəbdəbəli həyat yaşadığını görüb şübhələnməyə başladım. 2013-cü ildən başlayaraq, şirkətin bağladığı müqavilələr üzrə sənədləri yoxladım. Müəyyən etdim ki, Səhrab razılığım olmadan şirkətin vəsaiti hesabına işlər görməklə 6 milyon 200 min dolları mənimsəyib".
Arif Həsənov bununla bağlı MTN polkovniki Fizuli Əliyevə şikayət edib. Lakin bundan sonra F. Əliyev onu günahlandırıb: "Fizuli Əliyev dedi ki, bütün günah məndədir. Məni və oğlumu tutmaqla hədələdi. Məndən 400 min manat istədi və cəmi bir gün vaxt verdi”.
Bundan sonra A. Həsənovun ofisində axtarış aparılıb:
"Oğlumu, Səhrab Allahverdiyevi və məni MTN-ə apardılar. Gecə saat 11-də onları buraxdılar, mən qaldım. Fizuli Əliyevin hərəkətlərindən və dediklərindən başa düşdüm ki, onlar Səhrab Allahverdiyevi müdafiə edirlər. 400 min istədilər. Şirkətin ofisini verdim. Bank hesabında olanları aldılar".
Xatırladaq ki, təqsirləndirilən şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.
APA
Bu gün Azərbaycanda Qurban bayramıdır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
“150 ilin söhbəti” kitabı işıq üzü görüb
Buraxılış imtahanının nəticələri elan olunub
Toyda döyülən şəxs ölüb
"İnter" klubu yarımmüdafiəni transfer edib
İnzaqi "Əl-Hilal" klubu ilə müqavilə imzalayıb
Türkiyədə biznesmen güllələndi - Küçənin ortasında (FOTO)
Donald Tramp və Çin lideri telefonda müzakirə aparıblar
Qəzzada savaş: 18 fələstinli həlak olub
Məhkəmə işi: Oleq Bakinskiyə nə qədər cəza tələb olunub?
Dollar neçəyə olacaq? - Mərkəzi Bank beş günlük məzənnəni açıqladı
Ölkədən çıxışına qadağa qoyulanlara SMS göndəriləcək
“Sea Breeze”nin həyətində çayxana tikiləcək
Şimali Koreya lideri: "Biz bütün gücümüzlə Rusiyanın yanındayıq"
Pirquluda zəlzələ olub
Qazaxda ağır qəza: cinayət işi açılıb
Prezident İlham Əliyev yeni qanunu imzalayıb
Sabahdan Bakıda leysan olacaq - Xəbərdarlıq
HƏKİM XƏSTƏNİN ÇILPAQ GÖRÜNTÜSÜNÜ YAYDI: "Oturub izləyirəm ki, bir az da məşhurlaşım" - Rəsmi araşdırma başladı VİDEO (Yenilənib)
Yeni təyin olunan hakimlər and içiblər - FOTO
Qəzzada daha 3 jurnalist həlak olub
PKK terrorçuları təslim olub
"Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanıma gələn də yoxdur"
"Şərurlu İsfəndiyar" hakim qarşısında: 40-a yaxın məhkəmə işi var - "Sənin atanla həyat yoldaşın məni niyə məhkəməyə verib?"
Məhkəmə işi: "Zeynal Usubovla dost olmuşam, ortaq biznesimiz olub"
Tramp "Harvard"dan əl çəkmir: Əcnəbi tələbələrin vizaları dayandırılıb - Uniiversitet prezidenti qisasçılıqda günahlandırdı
Gədəbəydə 74 yaşlı qadına qarşı zorakılıq törədilib - İki qurum birgə məlumat yaydı
Rəsmi Bakı Danimarkanı təbrik edib
İlham ƏIiyev: "Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır"
Sabah yağış yağacaq
Laçın “2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı” elan olunub
Meksika Trampın qərarına etiraz etdi: "Bu, ədalətsiz və hüquqi əsası olmayan addımdır"
Azərbaycan-İran dövlət sərhədinin pozulması halının qarşısı alınıb
Qərbi Azərbaycana Qayıdış mövzusunu inhisarlaşdırmaq, yoxsa... - Deputat və sədri olduğu QHT ilə bağlı şok iddialar
Dekan müavini faciəli şəkildə ölüb
İcra başçısı dünya çempionunun "məni o, bıçaqlatdırdı" ittihamına belə cavab verdi: "... tələm-tələsik niyə mənim adımı hallandırır?"
Ege dənizində güclü zəlzələ oldu - 4,6 bal gücündə
Kolleclərin qabiliyyət imtahanlarına qeydiyyatı başlayıb
Azərbaycan nefti ucuzlaşdı
Bu gün Azərbaycanda qısaldılmış iş günüdür
"Əli havada qalmışdı, sanki harasa..." - Şəhid operator Sirac Abışovla bağlı açıqlamalar + VİDEO
24 yaşlı oğlan anasını öldürüb - Naxçıvanda
"Fənərbağça" 16 yaşlı qapçını heyətinə qatdı