Bakıda arvad ərini yatdığı yerdə öldürdü

img

23-06-2010 [04:59]


Baş Prokurorluq Yasamal rayonunda baş verən qətllə bağlı rəsmi məlumat yayıb. Məlumata görə, iyunun 23-də 2010-cu il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qırmızı Şərq küçəsi ev 16, mənzil 10-da yaşayan 40 yaşlı Rasim Səfər oğlu Səfərovun naməlum şəxs tərəfindən baş nahiyəsinə küt alətlə zərbə vurularaq qətlə yetirilməsi barədə Yasamal rayon Polis İdarəsindən rayon prokurorluğuna daxil olub. Məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirib. Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Aparıan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, iyunun 23-də saat 04 radələrində Xuraman Daşdəmir qızı Sadıqova yaşadığı mənzildə ailə münasibətləri zəminində əri R.Səfərovu, yatmış vəziyyətdə baş nahiyyəsinə dəmir lomla vurub kəllə sümüklərinin açıq qəlpəli sınıqları ilə nəticələnən xəsarətlər yetirərək onu qəsdən öldürüb. X.Sadıqova qeyd edilən cinayət əməlini törətməkdə şübhəli şəxs qismində saxlanılıb və hazırda cinayət işi üzrə istintaq rayon prokurorluğunda davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA