Azərbaycanda bir gündə 6 nəfər suda boğulub

img

14-07-2010 [02:31]


Daxili İşlər Nazirliyi iyulun 13-də ayrı-ayrı su hövzələrində bədbəxt hadisələrin baş verdiyi barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iyulun 13-də Qaradağ rayonunun Sahil qəsəbə sakini Rəhman Rəhmanlı Sahil çimərliyində çimərkən boğulub. R.Rəhmanlının meyiti sudan çıxarılıb. Sumqayıt şəhər sakini Nicat Səmədov da dənizdə çimərkən suda boğulub. Onun da meyiti sudan çıxarılıb. Həmin gün Ağcabədi rayonunun Xocavənd kəndi ərzisində, Salmanbəyli kənd sakini Ramil Bayramov "Qarabağ" kanalında çimərkən suda boğulub. Eyni gündə Qazax rayonunun Daş Salahlı kənd sakini Rəhim İsgəndərov həyətlərindəki su quyusuna yıxılaraq ölüb. R.İsgəndərovun meyiti quyudan çıxarılıb. Nabran qəsəbəsindəki çimərlikdə suda boğulmuş Xaçmaz rayon sakini Rəşad Məmmədovun meyiti də dünən sudan çıxarılıb. İyulun 13-də Xaçmaz rayonunun Müqtədir qəsəbəsində Xudat şəhər sakini Zəkəriyyə Hacıyev dənizdə çimərkən suda boğulub. Z.Hacıyevin meyiti sudan çıxarılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA