MTN beynəlxalq axtarızda olan azərbaycanlını Dubayda tutdu

img

22-06-2010 [02:45]


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, xarici ölkə vətəndaşlarının kredit kartlarından gizli istifadə edərək internetlə özgəsinin bank hesablarından oğurladıqları külli miqdarda pulu ?Azərbaycan Hava Yolları? Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürüb, həmin cəmiyyətin müxtəlif avia reyslərinə elektron avia-biletləri əldə etməklə və bu biletləri nağd pula ayrı-ayrı şəxslərə satmaqla məşğul olan Azərbaycan Respublikasının və xarici ölkələrin vətəndaşlarından ibarət transmilli mütəşəkkil cinayətkar dəstənin bir hissəsi tutulsa da digərlərinin axtarışları davam etdirilirdi. Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində mütəşəkkil dəstənin daha 7 üzvü ifşa olunaraq yaxalanıb. Hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində dəstə üzvləri - Nigeriya Federativ Respublikasının vətəndaşları Bello Ashmy Yaqub, Baloqun Samson Oluvafemi, Fadeyibi Oluqbenqa Moses, Azərbaycan Respublikasının vətəndaşı Musayev Anar Kahin oğlu və qeyrilərinin qanuna zidd əməlləri üzrə məhkəmə istintaqı aparılır. Mütəşəkkil dəstənin digər üzvləri barəsində ayrılmış cinayət işi üzrə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilib. İstintaqın gedişində mütəşəkkil dəstənin üzvü, xarici ölkə vətəndaşlarının elektron visa kartlarına internetlə gizli girərək onların bank hesablarından külli miqdarda vəsaitlərini oğurlayıb ?Azərbaycan Hava Yolları? QSC-nin müxtəlif reyslərinə avia-biletlər əldə etmiş və müxtəlif şəxslərə nağd pula sataraq külli miqdarda vəsaiti mənimsəyən Azərbaycan Respublikasının vətəndaşı Baxışov Zaur Şərafət oğlunun 3 sentyabr 2009-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul olunub. Lakin Zaur Baxışovun Azərbaycan Respublikasından kənarda, yəni Birləşmiş Ərəb Əmirliklərində gizləndiyi müəyyən edildiyi üçün onun barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışı elan olunub. Onun tezliklə axtarılıb tapılması və tutulması üçün intensiv, səriştəli tədbirlər həyata keçirilib, nəticədə Zaur Baxışov Dubay şəhərində saxlanılaraq 2010-cu il iyunun 18-də Azərbaycan Respublikasına ekstradisiya edilib. İstintaqla müəyyənləşdirilib ki, göstərilən hüquqazidd əməllər, yəni ?Azərbaycan Hava Yolları? QSC-nin qanunla qorunan kompüter informasiyasına qanunsuz müdaxilə şirkətin işinin pozulmasına səbəb olub və bunun nəticəsində şirkətə 100 min manata yaxın zərər vurulub. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam və hərtərəfli ibtidai istintaq aparılaraq başa catıb, cinayət işi baxış üçün məhkəməyə təqdim olunub. Ağır Cinayətlərə Dair Işlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 19 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.1-ci və 271.2.3-cü, (mütəşəkkil dəstə tərəfindən kompüter informasiyasına qanunsuz daxil olma ilə külli miqdarda ziyan vurma), 177.3.1-ci və 177.3.2-ci (mütəşəkkil dəstə tərəfindən özgənin külli miqdarda əmlakını gizli talama) və digər maddələr ilə Nigeriya Federativ Respublikasının vətəndaşı Mutiu Olovu, Azərbaycan Respublikasının vətəndaşları Vaqif Mirzəzadə, Elyar Qocazadə, Əhliman Məmmədov və qeyriləri müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Cinayət işi üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər mümkün iştirakçılarının müəyyən olunması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA