Baz Prokurorluqda Zakir Qaralovun sədrliyi ilə geniz əməliyyat müzavirəsi keçirilib

img

22-06-2010 [12:29]


Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun əmri ilə konkret cinayət işinin ibtidai araşdırılması zamanı hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması hallarına yol verildiyinə görə Bakı şəhəri və Binəqədi rayon prokurorluqlarının bir sıra məsul vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb edilməklə, bu sahədə işin düzgün təşkili məqsədilə konkret tapşırıqlar verilib. Baş Prokurorluqdan Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, həmin tapşırıqların icrası ilə əlaqədar Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə Bakı şəhər prokurorluğunda Mərkəzi aparatın məsul əməkdaşlarının, şəhərin rayon prokurorları və onların müavinləri, Daxili İşlər Nazirliyinin istintaq qurumunun məsul əməkdaşının, Bakı şəhər Baş Polis idarəsinin İstintaq idarəsinin və rayon Polis İdarələrinin istintaq şöbələrinin rəhbərlərinin iştirakı ilə istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin artırılmasına həsr edilmiş geniş əməliyyat müşavirəsi keçirilmiş, bu sahədə işin düzgün təşkili məqsədilə tədbirlər müəyyənləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA