Ermənilər yenidən hücuma keçdilər, bir əsgərimiz zəhid oldu

img

21-06-2010 [12:14]


[b]Qarşı tərəf itki verərək geri oturdulub[/b] Bu gecə Ermənilər növbəti dəfə atəşkəsi pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 21-də gecə saat 01.45 radələrində bir qrup erməni yaraqlısı yenidən Füzuli rayonu Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında atəşkəs rejimini pozaraq hücuma keçib. Azərbaycan Silahlı Qüvvələri öz döyüş mövqelərini gücləndirərək düşmənə tutarlı cavab verib. Beləliklə, erməni tərəf itki verərək geri oturdulub. Döyüş zamanı ordumuz da bir itki verib. 1991-ci ildə anadan olan və 2009-cu ilin yanvarında Cəlilabad RHK-da çağırılan əsgərimiz Şükürov Elgün Rafiq oğlu şəhid olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA