"Polad Ələmdar" Nihat Doğanı məhkəməyə verdi - 8 illik həbsini istəyir

img

28-02-2017 [11:13]


"Pana Film"in sahibləri Necati Şaşmaz və Mehmet Canpolat "Kurtlar Vadisi Pusu" haqqında əsassız ittihamlar səsləndirən Nihat Doğan və Ömür Varolu məhkəməyə veriblər.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ümumilikdə 5 nəfərdən şikayətçi olan ikili "Söylemezsem Olmaz" adlı proqramda "Kurtlar Vadisi Pusu"nun bəzi səhnələrinin yanlış şərh edilməsi ilə yanaşı təhqir olunduqlarını bildiriblər.

İddinamədə Şaşmaz və Canpolat proqramda bu haqda danışan şəxslərin birbaşa onların adını çəkərək təhqri etdiklərini qeyd ediblər. Ərizədə serialda hər zaman FETÖ-nün əməliyyatlarını xalqa göstərdiklərini, iddiaların əsassız olduğu, məsuliyyət daşıyan bütün şəxslərdən şikayətçi olduqları yazılıb.

Bu mənada qarşı tərəfdə yer alan Bircan İpek, Cihad Zembat, Gülşah Saraçoğlu, Nihat Doğan və Ömür Varolun onlara atqığı iftira və təhqirə görə 1 il 9 ay 15 gündən 8 il 4 aya qədər həbsləri tələb edilib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA