DiN və Respublika Baz Prokurorluğu Bakıda baz verən qətllə bağlı birgə məlumat yayıb

img

16-06-2010 [03:42]


Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətləri birgə məlumatı yayıb. Prokurorluğun mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, 15 iyun 2010-cu il tarixdə saat 04 radələrində iki naməlum şəxs Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Kommuna küçəsi 1 saylı evdə yaşayan, 1971-ci il təvəllüdlü Şeydabəyov İlqar Əzizağa oğlunu yaşadığı evdə yatdığı vəziyyətdə bıçaqla bir neçə dəfə vurub qəsdən öldürmüş, səs-küyə oyanan arvadı Bikəxanım Şeydabəyovaya bıçaqla bir neçə xəsarət yetirərək onu da öldürməyə cəhd etdiblər. Rayon prokurorluğu və rayon Polis idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, foto və videoçəkilişlər aparılıb, İ.Şeydabəyovun meyiti və zərərçəkmiş B.Şeydabəyova məhkəmə-tibbi müayinədən keçirilib. Faktla bağlı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 29,120.1-ci maddələri ilə cinayət işi başlanılıb. Aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Bilgəh qəsəbə sakinləri ? 1990-cı il təvəllüdlü, Cəlilov Hatəm Əmirəli oğlu və 1987-ci il təvəllüdlü Əliyev Xalid Umudəli oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş, ifadələri hadisə yerində yoxlanılmaqla foto və videoçəkilişlər aparılmış, cinayətin aləti olan 2 ədəd bıçaq maddi sübut kimi götürülüb. İstintaqın ilkin mərhələsində müəyyən edilmişdir ki, H.Cəlilov və X.Əliyev 2009-cu ilin noyabr-dekabr aylarında mərhum İ.Şeydabəyova məxsus evdə təmir-tikinti işləri aparmış və onlara ödənilməli olan 600 manat məbləğində pulu İ.Şeydabəyovdan dəfələrlə tələb etsələr də, sonuncu onlarının tələblərinə əhəmiyyət verməmişdir. Həmin səbəbə görə də H.Cəlilov və X.Əliyev İ.Şeydabəyovu öldürmək qərarına gəlib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA