Bakıda evə basqın etdilər, əri öldürüb arvadı yaraladılar

img

16-06-2010 [12:16]


Bakıba ölümlə nəticələnən silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyunun 15-də saat 04.40 radələrində 2 naməlum şəxs Sabunçu rayonunun Bilgəh qəsəbəsində yaşayan İlqar Şeydabəyovun evinə girib ona və səsə ayılmış arvadı Bikəxanım Şeydabəyovaya bıçaq xəsarətləri yetirib. İ.Şeydabəyov hadisə yerində ölmüş, Bikəxanım isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA