Xaçmaz rayonunda ağır yol qəzası, 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb

img

14-06-2010 [10:53]


Xaçmazda ağıy yol qəzası baş verib. Bu gün saat 19.25 radələrində Xaçmaz rayonunun Xudat şəhərinin girəcəyində ağır yol qəzası baş verib. Qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Hadisə yerinə Xaçmaz RPŞ-nin Xudat bölməsinin əməkdaşları gəlib. BDYPİ-nin İstintaq və Tədqiqat şöbəsinin müstəntiqi Hikmət Kərimovun verdiyi məlumata görə, Qəndob-Yalama yolunun 46-cı kilometrliyində ?Muravey? markalı motosikletlə ?Hundai Tucson? markalı avtomobil toqquşub. Onların hər ikisi Xudat istiqamətinə gedirmiş. Hadisə nəticəsində motosikletin sürücüsü, Xudat şəhər sakini, 32 yaşlı Nazim Həmdulla oğlu Məmmədeminov ölüb. ?Hundai Tucson? avtomobilinin sürücüsü və iki sərnişini isə müxtəlif xəsarətlər alıb. Onlar Xudat şəhər xəstəxanasına çatdırılıb. Xəstəxananın həkimi Ş.Abdullayevin sözlərinə görə, onlara artıq ilkin tibbi yardım göstərilib(anspress). Verilən xəbərə görə, faktla bağlı cinayət işi açılacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA