Prokuror müavini nalayiq hərəkətlərinə görə izdən qovulub

img

11-06-2010 [10:59]


Azərbaycan Respublikası Prokurorluğu orqanlarında xidməti, icra və əmək intizamının pozulması hallarına, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən əməkdaşlara münasibətdə ən qəti tədbirlərin görülməsi təmin olunur. Baş Prokurorluğun bugünkü məlumatına görə, sərxoş vəziyyətdə şəxsi avtomaşınını idarə etməklə, konkret vətəndaşlara qarşı nalayiq ifadələr işlətdiyinə və prokurorluq işçisi olması ilə onlara hədə-qorxu gəldiyinə, bununla da prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə və ?Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi?nin tələblərini kobud şəkildə pozduğuna görə Baş Prokurorluq üzrə 04 iyun 2010-cu il tarixli əmrlə Goranboy rayon prokurorunun müavini Ramiz Quliyev prokurorluq orqanlarından xaric edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA