MTN narkotik vasitələr dazıyan dəstəni zərərsizləzdirib

img

10-06-2010 [03:34]


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları ?İran-Azərbaycan-Rusiya? marşrutu ilə narkotik vasitələr daşıyan şəxsləri saxlayıb. MTN-in İctimai əlaqələr mərkəzindən verilən məlumata görə, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş digər əməliyyat tədbirləri nəticəsində, ?İran-Azərbaycan-Rusiya? marşrutu ilə qaçaqyolla narkotik vasitələrin daşınması üzrə iki fakt aşkarlanıb. Azərbaycan vətəndaşları - Süleymanov Cavanşir Suliddin oğlu, Novruzov Habil Kamran oğlu, Əzimov Vüsal Səyyaf oğlu, Məlikov Aydın Bəhram oğlu və Nuriyev Ruslan Tərlan oğlu yaxalanıb, onlardan ümumilikdə 56 kiloqram 500 qrama yaxın narkotik vasitə olan həşiş və heroin aşkarlanaraq götürülüb. Faktlar üzrə Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları, həmçinin, mütəşəkkil dəstənin üzvünü bu günlərdə saxlayaraq, Rusiyadan Azərbaycana ekstradisiya edib. Səfər Abdullayevin 21 fevral 2009-cu il tarixdə Azərbaycandan kənara, İrana və oradan da Rusiyanın Moskva şəhərinə gedərək, gizləndiyi müəyyən edildiyi üçün barəsində həbs-qətimkan tədbiri seçilməklə axtarışı elan olunmuşdu. 2010-cu il mayın 1-də təqsirləndirilən şəxs Səfər Abdullayev Moskva şəhərində saxlanılmış və iyunun 8-də Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Bu işlə bağlı Milli Təhlükəsizlik Nazirliyi İctimai Əlaqələr Mərkəzinin 15 dekabr 2008-ci il tarixli məlumatı açıqlanmışdı. Həmin məlumatda 2008-ci il dekabrın 11-də İran İslam Respublikasının vətəndaşı Qulizade İlxıcısofla Əhməd Əbülqasım, Azərbaycan Respublikasının vətəndaşları - Rahib Zeynalov, İlham Mirzəyev, Ağaşükür İbişov, Nadir Çıqqarov və qeyrilərinin qabaqcadan əlbir olaraq, cinayət əlaqəsinə girib, külli miqdarda pul müqabilində sövdələşərək, satış məqsədilə qanunsuz olaraq əldə edilmiş 90 kiloqrama yaxın narkotik vasitəni gömrük sərhədindən - gömrük nəzarətindən kənar, qaçaqyolla İrandan Azərbaycanın Cəlilabad rayonunun Gülməmmədli kəndinə gətirdikləri, buradan isə Biləsuvar rayonu Ağalıkənd ərazisində gizlətdikləri bildirilmişdir. Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının həyata keçirdikləri çevik əməliyyat tədbirləri nəticəsində, 2008-ci il dekabrın 12-də mütəşəkkil dəstənin adları çəkilən üzvləri saxlanılmış və onlardan 82 kiloqram 500 qrama yaxın həşiş, 5 kiloqramdan artıq heroin və təxminən, 2 kiloqram tiryək aşkar olunaraq götürülmüşdür. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən tam, hərtərəfli və obyektiv ibtidai istintaq aparılaraq başa catdırılmış və cinayət işi məhkəmə baxışı üçün təqdim olunmuşdur. Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və digər maddələrlə mütəşəkkil dəstə üzvləri təqsirli bilinərək, müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar. Cinayətin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA