?Cəmiyyət Dəstəkli Polis izinə dair? birinci beynəlxalq konfrans keçirilib

img

10-06-2010 [12:06]


Bu gün ATƏT-in Bakı ofisinin təşkil etdiyi Azərbaycanda Cəmiyyət dəstəkli polis işi üzrə ilk beynəlxalq konfrans öz işinə başlayıb. Konfransın əsas məqsədi Azərbaycan polisinin cəmiyyət dəstəkli polis işində xidməti bacarıqlarını təkmilləşdirmək və daha gücləndirmək olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, ATƏT-in Bakı ofisinin rəhbəri Səfir Bilge Cankorel bildirib ki, cəmiyyət dəstəkli polis ideyasının məğzində polisin insanlara daha yaxşı xidmət göstərməsi durur: ?Azərbaycan da öz növbəsində polislə ictimaiyyət arasında əlaqələrin təkmilləşdirilməsinin bütün tərəflər üçün faydalı olduğunu qəbul edib. ATƏT-in Bakı ofisi Azərbaycanın daha 10 rayonunda müasir cəmiyyət dəstəkli polis təcrübəsinin təqdimatına dair layihə hazırlayıb. Komanda həmin rayon və şəhərlərdə cəmiyyət dəstəkli polis işi üzrə mütərəqqi təcrübə, məişət zorakılığı hallarına müdaxilə , narkotik əleyhinə mübarizə və ilkin tibbi yardım üzrə təqdimatlar keçirilib?. General Leytenant Oruc Zalov qeyd edib ki, bu beynəlxalq konfransın məqsədi beynəlxalq ekspertlərlə bilik və ən yaxşı təcrübə mübadiləsi aparmaq vasitəsilə Azərbaycanın polis xidmətinin potensial imkanlarını gücləndirmək olub: ?Bir neçə ildir ki, ATƏT-in Bakı Ofisi Polis Yardımı Proqramı vasitəsilə Daxili İşlər Nazirliyini cəmiyyət dəstəkli polis işi prinsiplərini yaymaq və bütün ölkə ərazisində polis-ictimaiyyət əməkdaşlığını qurmaq sayələrində dəstəkləyir?. Konfrans zamanı Digər ölkələrin səfirləri də çıxış edib və öz fikirlərini bölüşüblər. O cümlədən, konfransda cəmiyyət dəstəkli polis işi üzrə ATƏTin pilot sahələrində Azərbaycanın əldə etdiyi təcrübəyə əsaslanan kitabın təqdimatı keçirilib. ATƏT-in Bakı ofisi kitabın hazırlanmasına kömək edib. [b]Rəhilə MANAFOVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA