itkin düzmüz kimi qeydiyyata alınmız zəxslərdən 47 nəfərin taleyinə aydınlıq gətirilib

img

10-06-2010 [11:43]


Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu tərəfindən 2010-cu il yanvarın 1-dən iyunun 1-dək keçirilmiş axtarış-araşdırma tədbirləri nəticəsində itkin düşmüş kimi qeydiyyata alınmış şəxslərdən 47 nəfərin taleyinə aydınlıq gətirilib, onların adları itkinlərin siyahısından çıxarılıb. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupudan məlumat verilib. Həmin şəxslərdən 15 nəfərinin döyüşlərdən və mühasirələrdən sağ çıxdığı, 17 nəfərin döyüşlərdə həlak olduğu, meyitlərinin tanınaraq dəfn edildiyi, 12 nəfərin isə siyahılardan təkrar keçdiyi, 3 nəfərin isə münaqişə bölgəsində kənarda itkin düşdüyü müəyyən edilib. Beləliklə, 1 iyun 2010-cu il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4090 nəfər təşkil edir. Onlardan 3297 nəfər hərbçi, 787 nəfər mülki şəxslərdir. 6 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Mülki şəxslərdən 48 nəfəri itkin düşərkən yetkinlik yaşına çatmamış uşaq (17 nəfər azyaşlı qız), 252 nəfər qadın, 353 nəfər yaşlı şəxsdir (151 nəfər qadın). Əsir, itkin düşmüş 4090 nəfərdən 783 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar daxil olub, şahid ifadələri alınıb. Əsir və girovluqdan 1397 nəfər azad edilib. Onlardan 343 nəfər qadın, 1054 nəfər kişidir. Eyni zamanda əsir və girovluqdan azad edilənlərin 169 nəfəri uşaq (65 nəfər azyaşlı qız), 289 nəfəri yaşlı şəxsdir (112 nəfər yaşlı qadın). Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblrdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfər kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA