Bakıda 1 yazlı körpə yanaraq ölüb

img

09-06-2010 [02:33]


Bakıda bir yaşlı uşağın ölümü ilə nəticələnən facıə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyunun 3-də Bakı şəhər Nərimanov rayon sakini, 1 yaşlı Məhəmməd Səfərovun üstünə evdə qaynar su tökülüb. Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, M.Səfərov iyunun 8-də orada ölüb. Araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA