"Azərikimya? istehsalat Birliyi müsabiqə elan edir

img

05-06-2010 [04:55]


?Azərikimya? İstehsalat Birliyi yeni loqotipinin (embleminin) hazırlanması üzrə müsabiqə elan edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən verilən məlumata görə, hazırlanacaq loqotipdə ?Azərikimya?nın ARDNŞ-in tərkib hissəsi olması, birliyin Sumqayıtla bağlılığı, fəaliyyət sahəsi və inkişafının perspektivi, yüksəlişə istiqamətlənməsi öz əksini tapmalıdır. Emblem əsas baza rəngi tünd göy olmaqla rəngli (rəsm şəklində və ya kompyuter tərtibatı ilə) işlənməlidir. Müsabiqədə reklam agentlikləri, həmçinin emblem və loqotiplərin hazırlanması üzrə təcrübəsi olan rəssam və dizaynerlər iştirak edə bilərlər. Təqdim olunan eskiz və layihələr ?Azərikimya? İstehsalat Birliyi mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndiriləcəkdir. Müsabiqənin qalibinə 500 manat məbləğində mükafat və xüsusi diplom təqdim ediləcəkdir. Təklif olunacaq eskiz və layihələr hər gün səhər saat 9-dan saat 18-dək birliyin mətbuat xidmətində qəbul olunacaqdır. Eskiz və layihələrin qəbulu iyunun 20-də başa çatacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR