Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə edilib? - FOTOLAR

img

30-05-2025 [17:32]


İqtisadi Şuranın növbəti iclası keçirilib.

Mia.az Nazirlər Kabinetinə istinadla xəbər verir ki, İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində ortamüddətli dövr üzrə makroiqtisadi sabitliyin və dayanıqlı iqtisadi inkişafın təmin olunması üçün Tədbirlər Planı, dəstəkləyici iqtisadi siyasət alətləri, büdcə siyasəti və habelə digər prioritet məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümovun və iqtisadiyyat naziri Mikayıl Cabbarovun məruzəsi dinlənilib.

Təqdim olunan iqtisadi siyasət gündəliyinə dair İqtisadi Şuranın üzvləri tərəfindən geniş müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA