Oğurluq etməkdə zübhəli bilinən iki qadın tutuldu

img

03-06-2010 [01:16]


Polis oğurluqda təqsirləndirilən iki qadını tutub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iyunun 2-də Qobustan qəsəbə sakini Zahir Şirinovun mənzilindən naməlum şəraitdə 8.660 manat pul oğurlanıb. Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qobustan qəsəbə sakini Zülfiyyə Məmmədova və Bakı şəhər sakini Mənsurə Xancanova tutulublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA