12-01-2017 [20:15]
"Nazirlər Kabinetinin Prezidentin rəhbərliyi ilə keçirilən müşavirəsində əsas diqqət ölkənin 2017-ci ildə qarşısında dayanan vəzifələr, hökumətin həyata keçirilməsi tələb olunan proqramlar, layihələr, işlər və xüsusilə də sosial iqtisadi sferada yaşadığımız bir sıra çətinliklərin aradan qaldırılması təşkil elədi. Bu baxımdan düşünürəm ki, qarşıya qoyulmuş vəzifələr, verilən tapşırıqlar bir neçə istiqamətdə müsbət dönüşün yaranmasına təsir edəcək”.
Mia.az xəbər verir ki, bu sözləri BakiPost.az-a deputat Zahid Oruc prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda səslədirdiyi fikirlərdən sonra bu il ölkəni gözləyən vəziyyəti şərh edərkən deyib.
Zahid Oruc hesab edir ki, müşavirə Azərbaycan xalqının gözləntiləri baxımından adekvatdır: "Biz maliyyə sabitliyinə nail olmalıyıq. Bu, bütün proseslərə öz mənfi təsirini göstərir. Yəni, əhalinin malik olduğu pul resurslarının dəyərsizləşməsində, həmçinin onun istehsalat və yaxud da iqtisadiyyatın digər sferalarına qoyulmasında, iqtisadi aktivlikdə və digər amillərdə biz onun təsirini və rolunu görürük. Belə olan təqdirdə ilk növbədə xarici valyuta qıtlığı kimi bir ajiotajı ortadan qaldırmaq lazımdır. Zənn edirəm ki, dünəndən bu tendensiyasını, ən azı media hiss edib. Görünən budur ki, son bir neçə ay ərzində daim bədgüman, çox pessimist, xüsusilə də bahalaşma gözləntisi yaradan və əhalini daha sıx dərəcədə dollar almağa sövq edən informasiya kütləsi bir qədər azalıb. Mən arzulayır və gözləyirəm ki, bu gün və qarşıdakı günlərdə əsasən bu istiqamətdə addımlar atılacaq”.
Deputat qeyd edib ki, dövlət başçısının müşavirədəki fikirlərindən sonra bank sektoru nəhayət özünün fəal işləkliyini təmin edəcək: "Biz buna kimi olan dövrdə "qara bazar” və digər tendensiyalardan danışırdıq. Halbuki ona qarşı inzibati metodlarla mübarizə qeyri mümkündür. Həmin prosesi əngəlləməyin yolu rəsmi dövlət və yaxud da kommersiya banklarının işləkliyini təmin etməkdir.
Əhali gəlib dolları, avronu və ya funsterlinqi bu qurumlarda tapmayacaqsa, o zaman mütləq alternativ ünvanlara üz tutmağa məcbur olacaq. Bu zaman orada da gizli tərəfdən vergidən yayınmaya əsas veririk. Bu, heç bir halda yaxşı sayıla bilməz. Bank sektorunda hökm sürən pozuntular, cinayətkar əməllərin tamamilə aradan qalxması bu istiqamətdə görüləcək işlər ətrafında olmalıdır. 2016-ci ilin reallığında sistem yaradıcı olan Beynəlxalq Bank külli miqdarda vəsaitləri təyinatsız, ünvansız, girovsuz verməklə ciddi problemlərə yol açmış oldu. Müşavirə zamanı da cənab prezident vurğuladı ki, biz bank sektorundan böyük zərbələr aldıq. Bir tərəfdən böyük pul kütləsi Azərbaycanı tərk etmiş oldu, digər tərəfdən o biri vəsaitlər sosial iqtisadiyyata qoyulacağı təqdirdə biz bu gün ölkənin yalnız bir xammal resursundan asılı qalmayacağına tam əmin ola bilərdik.
Hesab edirəm ki, banklar müxtəlif vaxtlarda uzun müddət əhali üzərində böyük kredit faizləri yaratmaqla, sümürgənlik siyasətini həyata keçiriblər. Bu istiqamətdə real kredit faizləri, normal bank rəqabəti, onların funksionallığının bərpa olunması və əhali ilə bu gün məhkəmələrdə, çəkişləmələrdə qalan bankların problemlərinin nəhayət, normal qaydada yoluna qoyulacağını gözləyirəm”.
Zahid Oruc 2017-ci ildə manatın kursunun sabitləşəcəyini deyib: "Manatın kursu deyəndə sadəcə kredit siyasəti, əhalinin hansısa bir yığım artımları nəzərdə tutulmur. Manat eyni zamanda ölkədəki sabitliyin kursudur. Bu istiqamətdə daha ciddi intensiv addımlar atılacağını gözləyirəm”.
Tikinti sektorunda canlanmanın çox önəmli olduğunu bildirən Zahid Oruc hesab edir ki, hökumətin bu sahəyə yardım etməsi vəziyyəti dəyişəcək: "Nəzərə almaq lazımdır ki, tikinti keçmişdə 15-16 faizə qədər insanların çalışdığı bir sfera idi. Burada daşıma xidmətlərindən, inşaat sektorundan tutmuş hər bir struktur özünün məkanını və bazarını tapa bilirdi. Düşünürəm ki, cənab prezident həm bir tərəfdən köhnə infrastrukturun yeniləşməsi siyasəti ilə bağlı məsələləri söyləyərkən, eyni zamanda hökumətin də bu sektora yardım göstərəcəyini bildirməklə bu sahədəki sükutu aradan qaldırmaq üçün real məramını ortaya qoydu”.
Deputat qeyd edib ki 2017-ci ilin ortalarına doğru sabitləşməni, mənfi tendensiyaları durdurmağı təmin etmək mümkün olacaq: "Ölkədə normal proseslərin getməsi üçün hökumət bu işdə mühüm rol oynayacaq”.
Əli Əsədovdan daha bir qərar - Dövlət Xidmətinə 2 xidməti minik avtomobil veriləcək
Kənd məktəbinin direktoru qonşu rayonda kollecin rəhbəri təyin olundu - Agentlikdən diqqətçəkən dəyişiklik
Konfrans Liqası: yarımfinal həyəcanı başlayır
Kəlbəcərin Baş planı təsdiqlənib - Hökumət qərar verdi
Bu gün Əfv Məsələləri Komissiyası toplanır - 100-dən çox müraciətə baxılacağı gözlənilir
Ədliyyə Nazirliyi Fikrət Məmmədovun kadrlarından "təmizlənir" - Nazir Fərid Əhmədov öz komandasını fortmalaşdırır (Yenilənib)
Türkiyədə daha bir mafiya çökəldildi - Lideri həbs olunub
Bu gün Prezident Ərdoğan CHP liderini qəbul edəcək
GƏLƏN AY ÖLKƏDƏ NEÇƏ GÜN RƏSMİ İŞ OLMAYACAQ? - Qərar
Azərbaycan nefti 2.5 dollar ucuzlaşdı
Braziliyada güclü sel: 8 nəfər ölüb, 21 nəfər itkin düşüb
Çempionlar Liqası: alman komandası PSJ-ni devirdi
AVRO-2024: məşhur qapıçı "ofsayd"da saxlanıldı
Blinken Qəzza ilə İsrail arasındakı sərhəd qapısı ilə yəhudi qəsəbəsini ziyarət edib - FOTO
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Yeni nazirdən növbəti dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb