Qarlı havaya görə meşədən çıxa bilməyən "İçerde"nin aktyorları belə xilas edildi - FOTOLAR

img

10-01-2017 [13:46]


İstanbulda yağan güclü qar gündəlik həyatla yanaşı, serial çəkilişlərində də problem yaradıb. 

"İçerde" serialının çəkilişləri zamanı kollektiv çətin vəziyyətə düşüb. Belqrad meşəsində çəkiliş edən aktyor və texniki heyətin köməyinə xilasedicilər gəlib.

Alemdağ Jandarma Komando Taboru uzun sürən əməliyyatdan sonra onların qara batmış maşınlarını çıxara biliblər.

Serialda Coşğun obrazını canlandıran Nebil Sayın çəkiliş üçün meşəyə gedən 80 nəfər və 20 maşının 8 saat qara batdığını və ərazini tərk etməyin mümkün olmadığını deyib. O, xilasedicilərin əllərindən gələni etdiklərini qeyd edib. (axşam.az)

"İçerde"nin qəhrəmanları belə xilas edildi-

"İçerde"nin qəhrəmanları belə xilas edildi-

"İçerde"nin qəhrəmanları belə xilas edildi-

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA