Sumqayıtda ağır yol qəzası; 1 ölü, 4 yaralı var

img

29-05-2010 [12:38]


Sumqayıt şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib. DİN mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Sumqayır şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində Bakı şəhər sakini Rafayel Bağırov "Mercedes-240" markalı avtomaşını idarə edərkən Sumqayıt şəhər sakini Rahid Quliyevi vurmuş, sonradan idarəetməni itirərək onu qarşıdan gələn Siyəzən şəhər sakini Amil Səmədovun idarə etdiyi "QAZ-31" markalı avtomaşına çırpıb. Nəticədə R.Quliyev hadisə yerində ölmüş, xəsarət almış R.Bağırovun sərnişinləri, qardaşı Amil, Sirac Məmmədov, Elman Tağıyev, habelə A.Səmədovun sərnişini Əlisəfa Azayev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA