Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baz verib

img

27-05-2010 [01:25]


Kürdəmir rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, mayın 26-da saat 19.00 radələrində Kürdəmir rayonunun Sorsor kəndi ərazisində Çöl-Ərəb kənd sakini Əjdər Məmmədov ?Mersedes-230? markalı avtomaşını idarə edərkən onu aşırıb. Nəticədə Ə.Məmmədov və sərnişini, həmyerlisi Fəridə Nağıyeva hadisə yerində ölüb, xəsarət alan digər sərnişinləri, Samir Mikayılov və Telman Qəribov xəstəxanaya yerləşdiriliblər. T.Qəribova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, S. Mikayılovun vəziyyəti isə qənaətbəxşdir. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA