ANS-in müxbirinə qadağa - Qənirə Ataşovanın ölkədən çıxışına imkan vermədilər

img

24-12-2016 [21:04]


Fəaliyyəti dayandırılan ANS TV-nin Vaşinqton bürosunun keçmiş rəhbəri, telejurnalist Qənirə Ataşovanın ölkədən çıxışına qadağa qoyulub.

Belə ki, bir neçə ay öncə Qənirə Ataşova Türkiyəyə səfər etmək istəyərkən, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından geri qaytarılıb və ölkə xaricinə getməsi ilə bağlı qadağa qoyulması barədə ona məlumat verilib.

Telejurnalistin Türkiyəyə səfər etmək üçün aldığı bilet isə ləğv edilib.

Xatırladaq ki, Qənirə Ataşova ANS-in Vaşinqton bürosunun rəhbəri olan zaman ABŞ-da "FETÖ” lideri Fətullah Güləndən müsahibə alması ilə gündəmə gəlib. 

Publika.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA