“Dəfələrlə demişik ki, efirdə diqqətli olmaq lazımdır” – MTRŞ-dan xəbərdarlıq

img

16-12-2016 [11:39]


Milli Televiziya və Radio Şurası (MTRŞ) Lider telekanalında yayımlanan "Çıxış yolu” verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-ın monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib ki, veriliş təhlil edilib və bununla bağlı arayış yekunlaşmaq üzrədir. Onun sözlərinə görə, veriliş 1 saatlıq canlı yayımlanır: "Təhlillər zamanı verilişdə neqativ hallar, təhqiramiz, ədəbsiz ifadələr, söyüşlər, efir etikasına, milli-mənəvi dəyərlərə zidd hallar aşkarlanıb. Dəfələrlə demişik ki, efirdə, xüsusilə canlı yayımda belə problemlərin müzakirəsi zamanı ehtiyatlı və diqqətli olmaq lazımdır”.

O bildirib ki, verilişlə bağlı təhlillər ümumiləşdirilərək arayış formasında protokollaşdırılıb və şuranın rəhbərliyinə təqdim olunacaq. Bununla bağlı hansı tədbirlərin görüləcəyi şuranın qərarından asılı olacaq.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA