Vəkillər Kollegiyası vəkil Həzi Məmmədovu sıralarından kənarlazdırmaqda israrlıdır

img

24-05-2010 [03:01]


Azərbaycan Respublikası Vəkillər Kollegiyasının rəyasət heyəti növbəti bir vəkili üzvlüklərindən xaric etmək niyyətindədir. Kollegiyanın idarə heyəti vaxtilə vəkil Aslan İsmayılova qarşı sərgilədiyi mövqeyi indi də onun həmkarı Həzi Məmmədova qarşı təkrarlamaq fikirindədir. Lakin kollegiyanın bu qərarı Yasamal rayon Məhkəməsi tərəfindən əsasız sayılıb. Kollegiyanın sədri isə aşağı məhkəmə instansiyasının qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət verib. Bakı Apellyasiya Məhkəməsindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, kollegiyanın idarə heyətinin iddiası əsasında cavabdeh Həzi Abdulla oğlu Məmmədova qarşı ?Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilmə? tələbi ilə bağlı apellyasiya şikayətinə mayın 26-da baxılacaq. Prosesə sədrliyi Mirzə Tağızadə edəjək. Qeyd edək ki, bir neçə il əvvəl Vəkillər Kollegiyası Aslan İsmayılova qarşı da belə belə bir mövqe tutmuşdu. A.İsmayılov prezident İlham Əliyevlə görüşdükdən sonra kollegiya üzvlüyünə bərpa edildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA