"İnter" Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksəldi

img

02-12-2016 [17:57]


Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib. 

Bu, Bakının "İnter" klubudur.

Paytaxt təmsilçisi 1/8 finalda I Divizion təmsilçisi "Qaradağ Lökbatan"ı mübarizədən kənarlaşdırıb - 5:1. "Bankirlər"dən 13-cü və 53-cü dəqiqələrdə Rauf Əliyev, 51-ci (penaltidən) və 76-cı dəqiqələrdə Ruslan Abışov dubl edib. Daha bir qolu 60-cı dəqiqədə Ağabala Ramazanov vurub. "Qaradağ Lökbatan"ın təsəlli qoluna isə 90+1-ci dəqiqədə Məhəmməd Alıyev imza atıb. 

Qonaqlardan 67-ci dəqiqədə Rüfət Məmmədov 67-ci dəqiqədə penaltidən yararlana bilməyib. 1/4 finalda "İnter"in rəqibi dekabrın 3-də "Şahdağ"la "Kəpəz" arasında keçiriləcək görüşün qalibi olacaq(Report).

Qeyd edək ki, daha öncə "Sumqayıt" MOİK-i 2:0 hesabı ilə yenərək, adını növbəti mərhələyə yazdırıb. "Gənclik şəhəri" təmsilçisi 1/4 finalda "Qarabağ" - "Səbail" matçının qalibi ilə qarşılaşacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR