Leyla Əliyeva konsertdə - Fotolar

img

02-12-2016 [00:57]


Məşhur Vyana Ştraus Festival Orkestri dekabrın 1-də Heydər Əliyev Mərkəzində "Mənim həyatım: sevgi və şövq” adlı konsert proqramı ilə çıxış edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə olub.

Konsertdə dünya şöhrətli avstriyalı bəstəkar, "Valsın kralı” İohan Ştrausun, həmçinin digər Vyana klassiklərinin - ata İohan Ştraus, Karl Mixael Tsirer, Karl Tseller, Yozef Ştraus, Eduard Ştraus və Luici Arditinin əsərləri ifa olunub.

Konsertdən sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyana Ştraus Festival Orkestrinin yaradıcısı və bədii rəhbəri Peter Qutla görüşüb.

Leyla Əliyeva konsertdə -  Fotolar
Leyla Əliyeva konsertdə -  Fotolar
Leyla Əliyeva konsertdə -  Fotolar

Qafqazinfo

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA