Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza baz verib

img

19-05-2010 [05:29]


Bakı-Qazax yolunun 154-cü kilometrliyində, Hacıqabul rayonu ərazisində ölümlə nəticələn qəza baş verib. Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat verib. Bakı şəhəri, Böyük Şor qəsəbəsindən olan 1982-ci il təvəllüdlü Yusifov Elxan Şahbaz oğlu idarə etdiyi ?QAZEL 3302-111? markalı yük maşını ilə yolun ehtiyat hissəsində dayanmış ?Mercedes Benz-250? markalı minik avtomobilinin sürücüsü Ucar sakini, 1971-ci il təvəllüdlü Bayramov Mahir Bayram oğlunu vurub. Nəticədə M.Bayramov hadisə yerindəcə ölüb. Faktla başlı cinayət işi açılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA