25-11-2016 [15:08]
Respublikanın xalq artisti, professor Afaq Bəşirqızı Unikal.org-a geniş müsahibə verib. O müsahibəsində yaradıcılığı ilə yanaşı, günün aktual mövzularına da toxunub.
- İlk olaraq istərdim ölkədəki teatrların vəziyyətindən danışasınız...
- Azərbaycan teatrlarının ümumi vəziyyəti qənaətbəxşdir. Əla deyə bilmərəm, amma pis deyil.
- Tamaşaçı azlığı varmı?
- Səməd Vurğunun məşhur şeirində deyilir: "Çörək bol olarsa, basılmaz vətən”. Problemsiz insan yoxdur. O porblemləri həll edə bilim ki, gəlib oturub tamaşaya baxım. Tamaşalar təşkil olunur. Biletlər idarəyə paylanır. Gəlib kassalardan da alanlar var. Amma kassalardan alınan biletlər mütləq reklamla satılmalıdır. Çox vaxt teatrın maddi vəziyyəti imkan vermir ki, reklam yaysın. Bəzən rekalamlar həddən çox baha olur. Belə deyək ki, baş girlənir. Mən tamaşalarımın tamaşaçılarından narazı deyiləm.
- 90-cı illərdə tamaşaya baxmağa daha çox adam gəlirdi. Müşahidərlərimə əsasən deyə bilərəm ki, bu gün say azdır. Sizcə bu nə ilə bağlıdır?
-90-cı illərin həyat tərzi ilə indinin arasında çox fərq var. Bütün dünyada bu fərq hiss olunur. Biz hazırda Azərbaycan teatrından danışırıq. Ancaq ümumilikdə bütün dünyada incəsənət və teatr sahəsi çox axsayır. Hətta "La Skala”nın özündə bu dəqiqə müəyyən tamaşlar var ki, onlara azdan-çoxdan gələnlər var. O illərlə müqayisə edəndə gərək əsərləri, aktyorları, sonda da böhran vəziyyətini müqayisə edəsən. Baş verən böhran da böyük rol oynayır.
-Tamaşaların reklamla bağlı probleminə toxundunuz. Sizcə çıxış yolu nədədir?
-Reklam problemindən çıxış yolu üçün konsepsyia hazırlanmalıdır. Reklam şirkətləri tərəfindən teatrlara müəyyən güzəşt olunmalıdır. Əvvəllər hansısa aktyor, incəsənət işçisi verilişə gedəndə oradan qanorar alırdı. Bu gün qanorar ümumiyyətlə ləğv edilib. İndi verilişə hansısa tanışın, dostun xatirinə gedirlər. İstənilən verilişə çıxmaq üçün o incəsənət işçisinə ən azından 100 manat lazımdır. Bəzi teleşirkətlərin beynində belə bir fikir formalaşıb ki, efirə dəvət etdiyi sənətçini, artisti reklam edir. Bu daha çox müğənnilərə aiddir, nəinki biz aktyorlara. Problemlərin yaranmasının əsası da buradan başlayır. İnsan özünə nə qədər qiymət versə ətrafdakılar da qiymət verəcək. Birinci insan özü-özünə qiymət verməlidir. Sən hər iki gündən bir bayağı verilişlərə çıxırsan, axmaq-axmaq suallar verirsən, öz mətbəxini, problemini insanlara açırsansa, sənin bir sənətkar kimi qiymətin olmayacaq. Sənə həmişə reklam da baha olacaq.
-Afaq xanım, Siz niyə efirlərdə az görsənirsiz?
-Efirlər, oradakı verilişlər məni maraqlandırmır, zövqümü oxşamır. Ora getməkdənsə, getməməyi daha üstün tuturam. Mənə hərdən zəng edib verilişə çağırırlar. Baxmadığım veriliş olanda bir həftə vaxt istəyirəm. Girib internetdə həmin verilişə baxıram, oradakı ab-havanı görəndən sonra məni verilişə dəvət edənə zəng edib etiraz edirəm. Deyirəm, sən məni hansı sferada tanıyırsan ki, məni bu verilişə çağırırsan? Aparıcıya deyirəm ki, keçən dəfə efirə dəvət etdiyin adam sənin suallarını cavablandıranda onu nə dərəcədə qiymətləndirə bildin? O sənətkar deyildi, verilişə gələn sənətkal idi. Mənə zəng edib deyirlər ki, Afaq xanım, istəyirəm mənim verilişimdə iştirak edəsiniz. O verilişə gəlsəm sənətkarlığı bir kənara qoymalı, sənətkal titulunu götürməli olduğumu bildirirəm.
-Problemlərinin həlli ilə bağlı sizdən xahiş edənlər çox olurmu?
-Belə məsələni danışmağı sevmirəm. Amma saysız, hesabsızdır. Bunu incəsət xadimlərindən, teatrda kimdənsə soruşasınız yaxşı olar. Əl tutmaq Əlidən qalıb. Hamıya əl tutmalıyıq.
-Bəs, zəng edəndə nazirlər telefonunuza cavab verirlərmi?
-Əlbəttə.(Gülür)
-Ən çox hansı məsə ilə bağlı müraciət edirsiniz?
-Onu deyə bilmərəm (gülür-red). Mən nazir tanıyıram, incəsənət xadimlərinin həyatında çox önəmli rol oynayıb. Onların balarını işə götürüb. Həyatda olmayanların övladlarına çox köməkliklər edib. Nazirlər olub ki, yubileyimdə gözləmədiyim jesti ediblər. Nazir var ki, külli miqdarda vəsait tələb olunan problemi təmənnasız həll edəni olub. Mən müraciət etmədən, ağız açmadan həmin insan kimlərdənsə eşidib mənə köməklik edib.
-Hansısa nazir yubeliyinizdə hədiyyə göndərib, təbrik edibmi?
-Bəli olub.
-Ən çox xoşladığnız həddiyyə hansıdır?
-Ən xoşladığım hədiyyə fransız ətridir. Zinət əşyalarını az miqdarda xoşlaya bilərəm. Vacib deyil ki, mən onu taxım. Bir də rəsm əsərlərini çox sevirəm.
-Hansısa nazir bu dediklərinizdən Sizə hədiyyə edibmi?
-Mənim boyu 1.98 metr olan evdə ərim var (gülür). İndi 62 yaşım var. Cavanlıqda da mənə bayağı nəsə yapışmırdı. Hər zaman mənə kişi kimi baxıblar. Mənim nazir dostlarım var ki, hər hansı bir imkansız üçün ağız açmışam məsələni həll edib. Başqa bir söhbət ola bilməz. Yaşar Nurininin neçə illər yaşamasına səbəbkərı müəyyən nazirlər olub. Onun vəziyyəti ilə bağlı nazirə telefon açdım. Dedim, Yaşar bu dərdə tutulub. Nazir onu öz şəxsi miniyi ilə apardı, xərcini çəkdi. Sonradan bunu müəyyən incəsənət xadimlərinin adı ilə bağladılar. Ömrünün sonunda da öz cibinin pulu ilə xəstəxana vəsaitini ödəyə biməyən aktyorun məsrəflərini nazir ödəyib. Azərbaycanda olmadığı halda belə bu addımı atıb. Amma bunu qeyd etməkləri bir kənara, onu tənqid elədilər. Mən onların adını çəkərəm. Ancaq Afaq olaraq bu mənə yaraşmaz. Çünki onlar hazırda nazirdirlər. Elə başa düşərlər ki, mən hansısa bir məqsəd üçün onların adını çəkirəm. Allah onlara kömək olsun. Çox istərdim ki, həmin insanlar vəzifədə daha çox olsunlar. İnsanpərvərliyin, Azərbaycançılığın bu günki vəziyyətinin yaxşılaşmasında belə nüansların rolu çox böyükdür.
-Dolların qalxması Sizin də büdcənizə təsir edibmi?
-Heç vecimə də deyil. Cəhənnəmə artsın(Gülür). Amma ümumilikdə hamımız onun mübarizəsini aparmalyıq ki, əgər mənim milli valyutam manatdırsa, mənə gələn mallar dollarla hesablanırsa, bunun baş verməməsi üçün mübarizə aparmalıyıq. Dövlət tədbirlərində bulvara çıxın, iynə atsan yerə düşməz. Hətta ətraf rayonlardan gəlib orada çıxış edən müğənnilərin alt-üst paltarlarına tamaşa edirlər. Mən demirəm gəlməsinlər. Birinci növbədə onlar öz rayonlarında təsərrüfatlarına zaman ayırmalıdırlar. Özləri öz maddi rifahlarını yaxşılaşdırmalı və sonra gəlib Afaqın tamaşasına baxmalıdırlar. 16-17 yaşlı qızı qaçırıb gətirirlər. Burada "navastroyka”ların padvallarında karton yapışdırıb uşaq əkirlər. Sonra da çıxıb verilişlərdə kimlərdənsə kömək istəyirlər. Bu düzgün iş deyil. Bu namus, qeyrət deyil. İnsan nə qədər verilişə çıxar ər, arvad, oğul, ana axtarar. Bunun üçün aidiyyatı nazirliklər var. Zəhmət çəkib aidiyyatı qurumlara müraciət etsinlər. Əgər həmin qurumun işi onları qane etmirsə, müəyyən dairələrə şikayət etsinlər edib bu nazirliyin ləğvini tələb etsinlər. Mənim ürəyim ağrıyır ananın öz uşağını yolçuluğa sövq etdiyini görəndə. Ata da gəlir deyir ki, mənim xəbərim olayıb. Moskvada da belə verilişlər var. Mən ötəri baxmışam. Amma mən bizim efirlərdə olan ailə biabırçılığı qədər biabırçılıq görməmişəm.
-Yəqin ki, son günlər Xoşqədəm xanımın verilişi ilə bağlı yayılan görüntüləri izlədiniz? Afaq Bəşirqızının bu məsləyə yanaşması oxuculara maraqlı olar...
-Ayıb olsun o şəxsə ki, həmin videonu üzə çıxarıb yaydı. Sən kişisənsə, kişi qızısansa sən bunu vaxtında etməli idin. Xoşqədəm mənim rəfiqəm deyil. Mən onun verilişində və yaxud evində 24 saat oturmuram. Ayıbdır. Yaraşmaz. Adam kişi olar. O verilişin gülməlisini də, ağlamalısını da sən bilirdin. O təsvirlər bir neçə il əvvəl mənə göstərilmişdi. Mən o görüntülərdən çoxdan xəbərdar idim. Mənim indi dediklərimi mən o vaxt o adamlara da demişdim. Xoşqədəm qadındır. Əməkdar jurnalist adı aldı. Sən niyə layiq olmayan əməkdar, xalq artistlərinə bu dərəcədə fikir bildirmirsən? Mən burada Xoşqədəmin mənafeyini müdafiə etmirəm. Sadəcə deyirəm ki, adam kişi olar.
Ermənistan vətəndaşları Bakıda hakim qarşısında: Aprel döyüşləri ilə bağlı sənədlər elan olunub
Qəzzada yardım gözləyən 24 nəfər öldürülüb
“İmişli” və “Zirə” bir xala razılaşıblar
CHP Gürsel Təkini partiyadan qovub
Nazirlikdən hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rəsmi Moskvadan Trampın Ərdoğana “Rusiyadan neft alışını kəs" çağırışına - Reaksiya
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
Fransa şokda - Dünya çempionu oğurluqda ittiham olunur
Serxio Buskets yaşıl meydanla vidalaşır: "Müqavilə yenilənməyəcək"
"Liverpul"dan ibarətlik addım - Qəzada ölən oyunçunun bütün maaşı ailəsinə ödənilib
Abşeronda qətl törədən ata-balanın cinayət işi məhkəməyə göndərilib
Vilayət Eyvazov və DİN-in rəhbər heyəti Zəfər parkında - VİDEO
"MEDİA könüllüləri" proqramına qeydiyyat elan olunub
Ərdoğan: "Tramp da vəziyyətin belə davam etməyəcəyini bilir"
Məzahir Pənahov Moldovada seçki prosesini izləyəcək
Gəncə-Mingəçevir-Ağstafa marşrutu üzrə qiymət açıqlanıb
İlham İsmayıl sərbəst buraxılıb - Açıqlama (Yenilənib)
Milli Məclisdə dərsliklərlə bağlı ictimai dinləmə keçiriləcək
İsrail ordusu Qəzzaya 140-dan çox hava zərbəsi endirib
"50 qəpik Anar Rzayevin özü üçün azdır, millət üçün az deyil axı" - Deputat AYNA sədrinə etiraz etdi
Sabah hava necə olacaq? - Proqnoz
Fuad Rəfiyev müşavir təyin edilib
Azərbaycanlı aparıcı 4-cü dəfə ərə gedir - VİDEO
"Jurnalistlərin Binası"nda qalmaqal yaradan "CityNet"... - İndi də redaksiyanı internetsiz qoyub
Sabiq icra başçısı məhkəmədə ifadə verdi: "Qadınlarımızın hamısını yazıblar, xalasının belə adı var" - VİDEO
2026 Dünya Çempionatının "Maskot"ları belə olacaq - FOTOLAR
Bakıda estetik əməliyyat olunan qadının bədəni çürüyür - VİDEO
"Kanal rəhbərliyi çağıranda, deyirdim ki, sözünüz varsa, telefonla yığ" - "Universitet müəllimlərindən 10 dəfə çox qazanıram"
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub
"Amazon"a tarixi cəza - 2,5 milyard dollar ödəyəcək
III MDB Oyunları: Azərbaycanın bayraqdarları bəlli oldu
3 ay əvvəl təyin olunmuşdu - Mətbuat katibi vəzifədən azad olunub
Azərbaycan nefti bahalaşıb
Suriyadan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib
"Azərsun Holdinq"lə bağlı daha bir iddia yayıldı - FOTOLAR
"Qalatasaray"ın prezidenti: ""Liverpul"a qalib gələcəyik"
Rusiya və Qərb arasında hərarət artır - Şahin Cəfərli Trampın yeni tələblərindən yazır
Türk Hava Yolları ABŞ-dan 225 "Boeing" alacaq - Trampla Ərdoğan nəhəng anlaşmaya imza atıb
Avropa Liqası: 9 oyun oldu, hansı komandalar əlidolu döndü?