Prezidentin sərəncamı ilə Binəqədi, Sabunçu və Yasamal rayonlarının hakimləri izdən çıxarıldı

img

19-05-2010 [01:51]


Qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqlarına görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Cəmşid qızı Qəhrəmanova, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Əlislam qızı Məmmədovanın hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Bununla bağlı prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Prezidentin digər bir sərəncamı ilə ?Vəkillər və vəkillik fəaliyyəti haqqında? qanuna əlavələr və dəyişikliklər edilib. Sərəncama əsasən, bir ay müddətində Nazirlər Kabineti qüvvədə olan qanunvericilik aktlarının ?Vəkillər və vəkillik fəaliyyəti haqqında? qanuna əlavələr və dəyişikliklər edilməsi barədə qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA