ANS binasından çıxarılır - Açıqlama

img

22-11-2016 [16:39]


ANS Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun binasından çıxarılır.

Mia.az xəbər verir ki, Zoologiya İnstitutunun direktoru Elman Yusifov «Amerikanın Səsi»nə bildirib ki, ANS icarə müqaviləsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlayıb. 

"Müqavilənin vaxtı bitdiyindən ANS-lə yeni müqavilə bağlanmayıb. Binada ANS-in yerləşdiyi sahələr artıq Zoologiya İnstitutuna qaytarılmasına start verilib. Təhvil-təslim komissiyası fəaliyyət göstərir. Sadəcə ANS-in rəhbərliyi texniki avadanlıqları, maşın və mexanizmləri ərazidən çıxarmaq üçün vaxt verilməsini xahiş edib. Onlar yeni ofis icarəyə götürən kimi avadanlıqların boşaldılmasına başlanılacaq”.

Məsələ ilə bağlı hələlik, ANS rəhbərliyindən münasibət almaq mümkün olmayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA