Jurnalist Fikrət Fərəməzoğlunun məhkəməsi başlayıb

img

22-11-2016 [15:00]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist, "Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməz oğlu) cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

H akim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov cinayət işinə xitam verilməsi və ya F.Fərəməzoğlunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər qaldırıb.

Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmə baxışı dekabrın 6-na təyin edilib.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA